vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
10:36 | 11 dekabr 2016 | Bazar Məqaləyə 2033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lənətləyirik!»

İlham Əliyev Ərdoğana teleqram göndərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ötən axşam İstanbulda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Prezidentin rəsmi saytı başsağlığı teleqramının mətini yayıb. Orada deyilir: «Əziz qardaşım, İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi. Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!»