vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:34 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İşğalçı ilə savaş həm də beyin oyunudur»

«Bir əlimizdə silah, digərində qələm olmalıdır»

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Eynulla Fatullayevin siyasi görüşlərini bəyənib, bəyənməmək hər kəsin şəxsi işidir. Eynulla Fətullayev Ermənistan vətəndaşı jurnalist Süzan Caginyanı işə götürüb. Bu o şəxsdir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Xocalı abidəsi qarşısında baş əyib.

Məgər biz demirik ki, Azərbaycan qanunlarını qəbul edən Qarabağ ermənilərini heç bir təhlükə gözləmir, onlar Azərbaycanın tərkibində rahat yaşayacaqlar? İndi Bakıda haqqın.az sayında işə düzələn Suzan Caqinyan Azərbaycanın bütün arqumentlərini qəbul edir, bu bir ilkdir və bundan istifadə etmək lazımdır.

Azərbaycanın Dağlıq Qarabağ üzərindəki hüququnu tanıyan ermənilərin sayının getdikcə çoxalması Ermənistan hakimiyyətini, o cümlədən, erməni lobbisini də çaşdırıb, bu duruma reaksiya verə bilmirlər. Onlar gözləmirdilər ki, Dağlıq Qarabağın Azərbaycana bağlı olduğunu deyən həmyerliləri olsun. Ona görə də, «erməni jurnalist Azərbaycandan rədd olsun» şüarını yanlış və zərərli hesab edirəm. Həmin erməninin Bakıdan qovulması Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın çörəyinə yağ sürtmək, onun arqumentini gücləndirmək deməkdir. Çünki, məhz Köçəryan deyirdi ki, ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, ortada etnik dözümsüzük var. İndi biz əksini sübut etməliyik, yox, əgər erməni jurnalist Azərbaycandan qovularsa, Köçəryanın dediyi təsdiq olunacaq. Bizə bumu lazımdır?

Mən hakimiyyətin xeyir-duası ilə yaradılan «sülh platformasın»da da qəbahətli heç nə görmürəm. Əgər bu platforma ətrafında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki haqlarını qəbul edən ermənilərin sayı çoxalacaqsa, bunun nəyi pisdir ki?

Şəxsən mən Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə inanmıram, işğalçıya təzyiq lazımdır. Ancaq bir əlimizdə silah olmalıdırsa, digəridə kağız və qələm də olmalıdır ki, erməni cəmiyyətinə müxtəlif ismarıclar göndərək. Bu işdə bizə məhz «sülh platformasında» yer alan erməni fəallar kömək etməli olacaqlar. Onların sayı da getdikcə artır.

Yenə də təkrar edirəm, işğalçı ilə savaş yalnız cəbhə bölgəsində getmir, bu həm də bir beyin oyunudur və bu yarışda da düşməndən öndə olmaq məcburiyyətindəyik.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)