vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
KULİNARİYA  
09:41 | 9 iyun 2013 | Bazar Məqaləyə 4709 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pendirli və kartoflu balıq kotleti

Balıq filesini, pendiri, yaşıl soğanı
Ağzının dadın bilməz bu daddan doyan

azadqadin.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Tərkibi:
Balıq filesi - 600 qram
Kartof - 1 kq
3 yemək qaşığı un
1 yumurta
100 qr. dondurulmuş yaşıl noxud
Göy soğan-kiçik bir dəstə
Pendir 100 qram
Duz və istiot-zövqə görə.

Hazırlanması:
Balıq filesini, pendiri, yaşıl soğanı xırda-xırda doğrayırıq. Dondurulmuş yaşıl noxudu süzgəcə tökürük, üzərinə isə isti su əlavə edirik. Qurumağını gözləyirik. Kartofun qabığını soyub sürtgəcin iri gözündən keçiririk. Daha sonra bir tənzif götürürük, kartofu o tənzifin içinə töküb torba kimi bükürük və başlayırıq sıxmağa bu zaman kartofun suyu çıxacaq. Daha sonra balıq filesini, pendiri, göy soğanı, kartofu, yumurtanı, unu, yaşıl noxudu, duzu və istiotu qarışdırırıq. 
Sobanı 200 dərəcə isidirik. Perqament kağızının üzərinə kotletləri yerləşdiririk. 30-35 dəqiqədə hazır olur. Kotletlər təzə-yaşıl salatla süfrəyə verilir.
Nuş olsun.