vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
19:18 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 1023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paytaxtda pulsuz «Wi-Fi»

İlk olaraq İçərişəhər və Milli Parkda

Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz «Wi-Fi» xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcək.

«Trend»in məlumatına görə, bunu «Caspian European Club»un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov deyib.

Onun sözlərinə görə, «İctimai «Wi-Fi»» layihəsi çərçivəsində işlər davam edir.

T.Məmmədov deyib: ««Wi-Fi» İçərişəhər və Milli dənizkənarı park ərazisində yerləşdiriləcək. Bu layihənin əsas məqsədi insanların kütləvi toplandığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir».