vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
23:14 | 28 dekabr 2016 | Çərşənbə Məqaləyə 2647 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gizli plan?

Futbol üzrə dünya çempionatı Rusiyanın əlindən alına bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Deyəsən, dünya idmanında misli görünməmiş qalmaqalın başlanğıcı qoyulub. Qalmaqalın bir tərəfində Rusiya və onun idman aləmi, digər tərəfində isə beynəlxalq federasiyalar durur.

Virtualaz.org xəbər verir ki, bu gün Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) dopinqdən istifadə halları təqdiqlənərsə, Rusiyaya qarşı sanksiya tətbiq edilə biləcəyini bildirib. Bunu FİFA prezidenti Canni İnfantino deyib.

«Əgər dopinqdən istifadə halları gizlədilibsə və onları üzə çıxarmaq mümkün olacaqsa, FİFA və UEFA bütün zəruri addımları atacaq», - FİFA başçısı bildirib.

Rusiya 2018-ci il dünya çempionatının ev sahibidir. 2017-ci ilin yayında isə bu ölkədə futbol üzrə Konfederasiyalar kuboku baş tutmalıdır.

Virtualaz.org qeyd edir ki, Rusiya idmanına qarşı son dövrlərdə təzyiqlər misli görünməmiş miqyas alıb və əslində, sistemli xarakter daşıyır. Şimal qonşumuzun idmançılarına qarşı sanksiyaların tətbiq edilmədiyi idman növü tapmaq az qala mümkün deyil. Son aylar ərzində Rusiya paralimpiya yığması Paralimpiadadan xaric edilib, 2017-2018 mövsümünün Rusiyada keçiriləcək bütün biatlon, xizək idmanı və bobsley turnirləri ləğv edilib, ən məşhur rusiyalı tennisçi Mariya Şarapova 1 ildir ki, korta ayaq basa bilmir.

Onu da bildirmək yerinə düşər ki, rusiyalı hakerlər bu hücumlardan sonra Beynəlxalq anti-dopinq təşkilatının (WADA) serverlərini «sındırmış» və xeyli sayda amerikalı idmançıya tam qanuni şəkildə dopinqdən istifadəyə icazə verildiyini sübuta yetirmişdilər.