vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KONSERT  
11:28 | 22 oktyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 4998 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meymunlar və ayılar olacaq

Bakı Sirki yeni proqram təqdim edir

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Dövlət Sirkində yeni proqramın məşqlərinə başlanıb. Sirkin mətbuat katibi Mahir Hümbətovun Kulis.az-a verdiyi məlumata görə, yeni sirk proqramı Rusiyadan dəvət olunub: “Rusiya sirkindən xüsusi yığılmış proqram “Payız əyləncəsi ” adlanır. Əhilləşdirilmiş müxtəlif heyvanların rəngarəng çıxışları var proqramda. Rusiyanın əməkdar artisti Aleksandr İvanov öz ayılarının “Dəniz əyləncəsi” oyunu ilə proqramın tərkibində qonağımız olacaq. Ayılar matros geyimində kəndirbazlıq edəcəklər. Digər başqa maraqlı nömrələri də var. Bu barədə məlumat vermək istəmirəm, qoy, uşaqlar üçün sürpriz olsun”.

Mahir Hümbətovun dediyinə görə, Rusiyanın daha bir əməkdar artisti Ayrad Vildanov meymunlarla “Hind nağılı”nı da yeni sirk proqramı çərçivəsində təqdim edəcək.
Proqram ümumilikdə iki saat yarımdır. Hava gimnastları, şən klounlar, janqlyorlar və digər nömrələr də proqrama daxil olunub. Tamaşalar oktyabrın 25-dən start götürür və gün ərzində bir, iki, üç seans olacaq. 
Məktəblilərin tətil günlərində seansların daha çox olması nəzərdə tutulub. 
Biletlərin qiyməti isə dəyişməyib. Sırasından asılı olaraq 4 manatdan 10 manata qədərdir.