vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MƏİŞƏT  
20:52 | 10 sentyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 6491 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sudan ucuz təmizlik üsulları

Kartof qabıqlarıyla çaydanınızı, duzla isə ütünüzü təmizləyə bilərsiniz

qadin.net

MÖVZU İLƏ ƏLAQƏLİ

Evimizin təmizliyi biz qadınlar üçün çox vacibdir. Bəzənsə buna vaxt çatdırmamaqdan və ya hansısa ləkəyə saatlarla vaxt sərf etməkdən şikayətlənirik. İndi sizlərə mətbəxinizdə istifadə edə biləcəyiniz asan üsullar təqdim edəcəyəm. Onu da qeyd edim ki, mətbəx əşyalarının təmizliyində duz və sirkənin rolu əvəzsizdir.

Mətbəxinizin təravətli olmasını istəyirsinizsə, folqa kağızının üzərinə bir az darçın tökərək isidilmiş sobaya qoyun və sobanın ağzını açıq saxlayın.
Soyuducunuzun təravətli olmasının istəyirsinizsə, onda alt gözlərinə bir neçə dilim limon qoyun.
Qabyuyan maşınınız çəngəl-bıçağınızı qaraldırsa, ayda bir dəfə maşının yuyucu gözünə paltarlar üçün olan yuyucu tozu tökün. Bu, çəngəl-bıçaqların qaralmasının qarşısını alacaq və onları parıldadacaq.
Taxta qaşıqlar istifadə olunduqca rəngini dəyişərək qəhvəyi rəng alır. Bunun qarşısını almaq üçün taxta qaşıqları bol suda yaxşıca isladaraq yusaq, daha yaxşı nəticə əldə edə bilərik. 
Alüminium qabların qaralmasının qarşısını almaq üçün onları su və çoxlu sirkə ilə dolu qazanda qaynadın. Hamısı par-par yanacaq.
Çaydanın içinə soyduğunuz kartof qabıqlarını və çoxlu su töküb uzun müddət qaynadın. Necə təmizləndiyinin şahidi olacaqsınız.
Əgər boşqabda olan kiçik çatlara görə dəstinizin pozulmağını istəmirsinizsə, çatlamış boşqabı süd ilə dolu bir qazana qoyub zəif odda 45 dəqiqə qaynadın. Çatlardan əsər-əlamət qalmayacaq. Bu üsulu bütün qablara tətbiq edə bilərsiniz.
Ütü paltar ütülədiyiniz vaxt yapışır, və ya ləkə salırsa, altını duz və sirkəylə silin. Bununla da paltarlarınızı qoruya bilərsiniz. Ancaq bu təmizləməni ütü soyuq halda edin və bir müddət ütünü işlətməyin.