vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ŞOU BİZNES  
20:27 | 15 yanvar 2017 | Bazar Məqaləyə 2306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Depp boşandı

7 milyon dolları «tərləyən» «Kapitan Sərçə», 2 itini və atını da itirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollivudun kino ulduzları Amber Hard (Amber Heard) və Conni Deppin (Johnny Depp) aylar çəkən boşanması tamamlanıb.

53 yaşlı Depp keçmiş yoldaşına 7 milyon dollar (12,8 milyon AZN) ödəməyə razılaşıb. Amber Hard deyir ki, bu pulu iki xeyriyyəçi təşkilat arasında böləcək.

Cütlüyün aldığı itlər, Pistol və Bu, 30 yaşlı Hard ilə yaşayacaq.

Məhkəmə sənədlərinə əsasən xanım Heard deyib ki, cənab Depp onunla kobud davranıb və fevralda baş verən dava zamanı mobil telefonunu üzünə atıb.

Cənab Deppin vəkili iddiaları rədd edərək deyib ki, xanım Hard «döyülmə iddiaları ilə erkən maddi qərar əldə etməyə çalışır». Hadisə yerinə gələn polislər deyiblər ki, cinayətin baş verməsinə işarə edən heç bir dəlil aşkar etməyiblər.

Boşanmanın əsas şərtləri barədə razılaşma avqust ayında əldə olunmuşdu, lakin vəkillər Deppin 7 milyonu dollar birbaşa xeyriyyəçi təşkilatlara yoxsa Harda ödəyəcəyi barədə yalnız indi razılaşıb.


Boşanmanın şərtləri


Depp, Harda 7 milyon dollar ödəyəcək

Pistol və Bu adlı itlər və Arrou adlı at Hard ilə qalacaq

Depp daşınmaz əmlakın sahibi olaraq qalır (o cümlədən Los Anceles və Parisdəki evlər və Baham adalarındakı şəxsi ada)

40-dan çox avtomobil və gəmi Depp ilə qalacaq

Hard Deppə qarşı tələb etdiyi uzaqlaşdırma qərarını ləğv edəcək

Hər ikisi münasibətləri barədə açıqlama verə bilməz.