vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
İSTİRAHƏT  
18:50 | 13 iyun 2013 | Cümə axşamı Məqaləyə 7647 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəbələdə qiymətlər endirilib

Turizm obyektləri yeni mövsümün başlanması münasibətilə müştərilərə güzəşt edəcək

turizm.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Yay turizm mövsümünün başlanması ilə əlaqədar Qəbələ rayonundakı istirahət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərə görə qiymətlər xeyli ucuzlaşmışdır.

Rayon mədəniyyət və turizm şöbəsindən mətbuata bildiriblər ki, istirahət mərkəzlərində qonaqlara müasir otel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropa yeməkləri təklif olunur. 
Rayonun istirahət mərkəzləri otel xidmətlərinə 15-20 manatadək, restoran xidmətlərinə isə 10 faizədək endirim etmişlər. Meşələrdə və çayların sahilində yerləşən istirahət guşələrində üç otaqlı kottecin bir günlük kirayə haqqı 90-100 manatdan 70-80 manata endirilmişdir. Rayon mərkəzindəki otellərdə isə iki nəfərlik otaqları indi bir günü 30 manata sifariş etmək olar.
Beş ulduzlu otellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir. Qəbələdə turistlərin ən çox üz tutduğu yerlərdən biri olan “Qəbələnd” istirahət və əyləncə mərkəzində də qiymətlərə endirimlər edilmişdir.
Xatırladaq ki, 2012-ci ildə Qəbələ rayonuna gələn yerli və xarici turistlərin sayı 45 min 500 nəfər olmuşdur, bu da əvvəlki illə müqayisədə 9650 nəfər çoxdur. Turistlərdən 31 min 350-si yerli, 14 min 150 nəfəri isə xarici ölkə vətəndaşlarıdır. Qonaqların 38 min 500-ü müxtəlif turizm obyektlərində istirahət edib, 5400-ü işgüzar səfərdə olmuş, 1600 nəfəri isə sanatoriyada müalicə almışlar.
Ümumiyyətlə isə Qəbələ rayonuna gələn turistlərin sayı son 4 ildə üç dəfə artmışdır.