vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
15:11 | 31 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 2305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Volkswagen» «Toyota»nı keçdi

ABŞ avtomobil sənayesi isə yavaşladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın avtomobil nəhəngi «Volkswagen» yapon rəqibi «Toyota»nı keçərək ilk dəfə dünyanın ən çox maşın satan şirkəti oldu.

Son 4 ildə ən çox avtomobil satan titulunu əlində saxlayan «Toyota», 2016-cı ildə dünya üzrə 10 milyon 175 min maşın, «Volkswagen» isə 10 milyon 310 min maşın satıb.

Alman avtomobil nəhəngi tullantı sınaq testlərində hiylə işlətdiyinə görə göstərilən reaksiyalara və buna görə ona qarşı qaldırılan bir çox iddialara baxmayaraq bu satış rəqəmini əldə etməyə nail olub.

«Audi», «Porche» və «Skoda» markalarının istehsalçısı olan «Volkswagen» Çindən gələn tələbat sayəsində satışlarını 3,8 faiz artırıb.

Şirkət digər bazarlarda da üstünlüyü ələ keçirməyə başlayıb. Belə ki, «Volkswagen»in Golf modeli İsveçdə ən məşhur avtomobil seçilib.

50 ildən sonra ilk dəfədir ki, «Volvo» ölkənin ən çox avtomobil satan şirkəti titulunu qazana bilməyib.

ABŞ avtomobil sənayesində yavaşlamadan təsirlənən «Toyota» satışını 0,2 faiz artırıb.

General Motors ötən ilin satışlarını gələn həftə açıqlayacaq. Lakin satışların həm «Volkswagendən», həm də «Toyota»dan geri qalacağı gözlənilir.