vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
12:22 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 2696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ehtimal böyükdür

Bahalaşmaya zəmin yaradılır...

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İdxal benzinin qiymətini artırmaqla yerli istehsalın bahalaşmasına zəmin yaradılır.

Bildiyiniz kimi bu günkü bahalaşmadan sonra Azərbaycana idxal olunan premium markalı benzin 1 manat , «Super» markalı benzin isə 1 manat 20 qəpik olub. Son artımdan sonra idxal olunan benzinin 1 litrinin pərakəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb. Məsələn, super markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağınızı qiymətindən 2 dəfə, «Aİ-92»  markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə bu fərq daha da yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılması üçün yeni əsaslar yaradır. Çünki, inhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra «Aİ-92»  benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan «Aİ-92», Dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür. Bununla yanaşı, son günlər manatın ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqin artmasına şərait yaradır. Beləliklə də ölkələrarası müqayisə də qiymətin bahalaşmasına əlavə arqumentlər yaradır. Odur ki, yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir.