vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
20:23 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 3414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bəlkə də qaytardılar»

Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»

MÖVZU İLƏ ƏLAQƏLİ

AXCP-Müsavat cütlüyü «Bəlkə də qaytardılar» ümidi ilə yaşayır. Bunu «Trend»ə Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.

A.Əlizadə qeyd edib: "Cəlil Məmmədquluzadənin əsərində olduğu kimi, bunlar da «Bəlkə də qaytardılar» ümidi ilə yaşayırlar. Məhəmməd Əmin Rəsuzladə layiqli qiymətini alıb və almaqda davam edir. Bakı ərazisində Məhəmməd Əmin Rəsulzadənin heykəli var, adına qəsəbə, küçə var və s. Məsəl var, deyərlər, köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir. Onların da belə bəyanatlar verməkdə məqsədi qaya kölgəsində yatmaqdır».

Millət vəkili əlavə edib ki, ağlı başında olan adam onların ardınca getməz: «Bunu özləri də yaxşı bilirlər. Ona görə də deyirlər ki, gəlin Məhəmməd Əmin Rəsulzadənin ardınca gedək».