Tramp Putinə yaradı
Milyarder prezident seçiləndən bu yana Rusiyaya 700 milyon dollar «axıb»...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yüzillərin iddiası pozuldu
Süni intellektdən kriminalistikaya zərbə
-
“Bizə kömək edin”
ABŞ bank sektorunda zərərlər və yaranmış vəziyyət
-
ABŞ bank sistemində təlatüm
Üç bank özünü iflas elan etdi, kriptovalyuta bazarı silkələnəcək
-
Putin tələb etdi, Lukaşenko seçim
Minsk müharibəyə qoşulacaqmı?
-
Lukaşenko zəmanət vermir
Rusiya-Belarus danışıqlarının gizlinləri
-
Kennedi qətlinin müəmması
ABŞ administrasiyası minlərlə yeni sənəd dərc edib
-
“Bu, şübhəsiz ki, olacaq...”
Baydendən yeni bəd xəbər ...
-
Ukraynaya “ağıllı bombalar”
Müharibənin taleyini həll edəcək ikinci həmlə
-
DeSantis Trampı üstələdi
Onların iki oxşar xüsusiyyətləri var
-
70 faiz istəmir
Bayden nüfuzdan düşməkdə davam edir
-
Ukraynaya Patriot göndərilir
Qərar ABŞ müdafiə naziri və prezidentinin təsdiqlərini gözləyir
-
“Əl atılacaq son çarədir”
Putin artıq Ukraynadan çıxmağı müzakirə edir
-
Aldadılan Putin və fərsiz Lavrov...
Rusiyaya öz üslubunda “tələ” qurublar
-
Zelenski çətin durumda
Ukrayna ordusunun cəbhədəki uğuru Ukraynanın taleyini həll edə bilər
-
275 milyonluq yardım
“Ukrayna özünü PUA təhlükəsinə qarşı qoruya biləcək”
-
“The New York Times”da tətil
1800 nəfərdən 1100-ü işi 24 saatlıq dayandırır
Xarici investorlar yenidən Rusiya aktivlərinə maraq göstərir və bu ölkəyə tərəf üz çevirməyə başlayır. Virtualaz.org xəbər verir ki, belə qənaətlə nüfuzlu «The Financial Times» qəzeti çıxış edib. Qəzetin yazdığına görə Rusiya istiqrazlarına investisiya qoyan fondlara kapital axını bir həftə ərzində rekord səviyyədə artıb. Analitiklər hesab edir ki, bunun səbəbi ABŞ prezidenti Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyi və neftin qismən bahalaşmasıdır.
Rusiya istiqrazlarına yatırım qoyan fondlara kapital axını son bir həftədə 140 milyon dollar artıb, Trampın hakimiyyətə gəlişindən sonrakı dövr üçün isə bu kapital axını cəmi 700 milyon dollar təşkil edir. Qəzet yazır ki, Rusiya istiqrazlarına yatırım qoyan fondlara kapital axını Trampın prezident seçilməsindən bu yana 12 həftədir durmadan artır.
Bu investisiya axını Rusiya səhm indekslərinin də artmasına səbəb olub. Rusiyanın MSCI indeksi Trampın seçilməsindən bu yana 19 faiz yüksəlib. Kapital axını eyni zamanda Rusiya istiqrazlarının gəlirliliyinin azalmasına səbəb olur. Çünki istiqrazları almaq istəyənlər artdığı üçün bu qiymətli kağızlara görə dividendlərin faizi də azalır.
İnvestorları yenidən Rusiyaya tərəf üz çevirməyə neftin bahalaşması da sövq edir. Gözlənilir ki, neftin qiymətinin 60 dollara yaxınlaşdığı indiki vaxtda Rusiyada iqtisadi artım bərpa olunacaq və büdcə kəsiri azalacaq. Xüsusən də ABŞ-la münasibətlərin yaxşılaşması perspektivləri fonunda.
Artıq ABŞ Maliyyə Nazirliyi Rusiya xüsusi xidmət orqanlarına qarşı sanksiyaları qismən yumşaldıb və bu, dərhal rublun möhkəmlənməsinə səbəb olub. Əslində investorlar sanksiyaların yumşaldığı haqda xəbərləri alan kimi Rusiyaya yatırım qoymağa can atıblar və daha sonra məlum olub ki, bu, sanksiyaların yumşaldılması deyil, ABŞ şirkətlərinin maraqları çərçivəsində atılmış addımdır.
Gözlənilir ki, gələn ay Rusiya Mərkəzi Bankı rublun möhkəmlənməsinin qarşısını almaq üçün bazara intervensiya edəcək və 113 milyard rubl dövriyyəyə buraxacaq. Rublun möhkəmlənməsi hökumətin tərtib etdiyi büdcəyə uyğun gəlmir, çünki milli valyutanın bu cür möhkəmlənməsi büdcədə kəsirin artmasına səbəb ola bilər. əgər 2014-cü ilə qədər Mərkəzi Bank rublun kəskin dəyərdən düşməsinə qarşı mübarizə aparırdısa indi milli valyutanın möhkəmlənməsi maliyyə tənzimləyicilərini narahat edir.
«Bank America»nın iqtisadçıları hesab edir ki, Rusiya ilə ABŞ arasında qarşıdurma 2018-ci ilin əvvəllərinə qədər aradan qalxacaq. Çünki Rusiyaya qarşı sanksiyalara siyasi dəstək Avropada getdikcə azalır, Tramp administrasiyası isə Rusiya ilə münasibətləri düzəltmək üçün mesajlar verir.
«Rusiya ilə ABŞ arasında münasibətlər çox güman ki, yaxşılaşacaq. Ona görə də Rusiyada inflyasiya aşağı düşəcək və Mərkəzi Bank bu il ərzində məzənnəni bir neçə dəfə aşağı sala bilər. Biz hesab edirik ki, Rusiya bondlarının rəqabətədavamlılığı artacaq»-«Brown Brothers» konsaltinq şirkətinin strateqi Harriman Uin Tin bilirib.
Hazırda inkişaf etməkdə olan ölkələrə investisiya axını qlobal böhran ərəfəsindəki rəqəmlərin çox altında olsa da Rusiyaya investisiya axını artır. «Citi Bank»ın analitikləri Rusiya ilə bağlı pozitiv proqnozları saxladıqlarını deyirlər. Gözlənilir ki, Rusiya hökuməti neftin bahalaşması nəticəsində artan gəlirləri büdcə kəsirini bağlamağa sərf edəcək və büdcə xərcləri artırılmayacaq.