vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
21:35 | 6 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avroparlamentdə təxribat hazırlanırdı»

Müxalifətçi qadın İlham Əliyevlə həmrəyliyini bildirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Praqada yaşayan siyasi emiqrant Mətanət Əzizova fəalları tədbirlərdə iştirak etməzdən əvvəl şəraiti öyrənməyə çağırıb. «Facebook» sosial şəbəkəsindəki səhifəsində M.Əzizova qeyd edib ki, Avropa Parlamentində Azərbaycan üzrə «ictimai dinləmələr»in təşkilatçılarından biri Çexiyadan olan deputat Yaromir Şteninadır.

«Bu insan Azərbaycana nifrət edir. O, «Artsax»ın müstəqilliyi arzusu ilə yaşayır və bunu gizlətmir. Mən fəallara müraciət edirəm: sizi tədbirə dəvət ediblərsə, kiminlə bir masa arxasında oturacağınıza diqqət edin», - o deyib.

Bildirək ki, Mətanət Əzizova Azərbaycanı bir neçə il öncə tərk edib. Müxtəlif beynəlxalq təşkilatlar onu siyasi baxışlarına görə təqib edilən kimi qəbul ediblər və buna görə də, M.Əzizovanın obyektivliyinə şübhə yaranmır.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin başçısı Antonio Tayani ilə görüşdən imtina edib. İmtinanın səbəbi kimi Tayaninin Azərbaycana aid təxribatçı tədbirdə iştirak etməsi göstərilib.