vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
10:52 | 10 fevral 2017 | Cümə Məqaləyə 2434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət Neft Fondun gəlirləri artıb

Devalvasiyası nəinki kompensasiya edib, hətta əlavə qazanc da gətirib

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən il Dövlət Neft Fondunun (DNF) gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub. 2015-ci ildə isə DNF-nin gəlirləri 7,6 milyard ABŞ dolları və ya 7,7 milyard manat təşkil edib. Göründüyü kimi, 2015-ci ilə nisbətən 2016-cı ildə DNF-nin gəlirləri dollar ifadəsində 1,7 milyard azalsa da, manat ifadəsində əskinə 1,7 milyard artıb. Bunun başlıca səbəbi manatın orta illik məzənnəsinin 2015-ci illə müqayisədə ötən il yüksək olmasıdır.

Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, ötən ilin dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata) bərabər olub. Göründüyü kimi neft hasilatının azalması, onun dünya bazar qiymətinin ucuzlaşmasından olan itkiləri Dövlət Neft Fondu manatın devalvasiyası hesabına nəinki kompensasiya edib, hətta məzənnə fərqindən manatla əlavə qazanc əldə edib. Nəzərə alsaq ki, ötən il DNF-yə daxilolmalar əsasən daxildə istifadə olunub, bir sözlə manatla xərclənib, belə olanda da dünya bazarında neft qiymətlərinin ucuzlaşması səbəbindən gəlirlər dollar ifadəsində azalsa da milli valyutanın devalvasiyasının hesabına Dövlət Neft Fondu büdcə xərclərini tam maliyyələşdirə bilib. Belə ki, ötən 9,4 milyard manatlıq büdcə gəlirlərinə malik olan DNF-nin xərcləri 9 milyard manat təşkil edib. Bu tendensiyanın bu ildə də davam edəcəyi real görünməsə də yenə də çox şey neftin dünya bazar qiymətlərindən və manatın devalvasiyasından asılıdır.

Belə olan halda manatın məzənnəsinin ucuzlaşması valyuta satışına görə bazarda hökmran satışa malik olan DNF-nin maraqlarına birbaşa xidmət edir və onun daxili iqtisadiyyata yönələn büdcə xərcləri üzrə öhdəliklərinin icrasına kömək edir. Əks təqdirdə cari il üçün DNF-nin büdcə kəsirinin onun xərclərində payı 50 faizi ötə bilər. Əgər bazarda valyuta satışı tək əldən idarə olunursa, manat təklifi isə Mərkəzi Bankın əlahiddə inhisarındadırsa onda konyuktur məzənnə və buxovlayıcı monetar siyasətlərinin şəxsi, ortaq və korporativ biznes maraqlarına malik olan məşhur 3-lük (Mərkəzi Bank, Maliyyə Nazirliyi, DNF) tərəfindən yalnız məhdudlaşdırıcı fiskal siyasətlə uzlaşdırıldığı halda baş verən iqtisadi proseslər və onların nəticələri azad sahibkarların və istehlakçıların maraqlarına zidd olacaq. Bu səbatsız siyasət iqtisadiyyatın daha da kiçilməsini, qeyri-neft sektorunun və onun ixracatının inkişafından qalmasını, işgüzar aktivliyin sönməsinı daha da sürətləndirəcək.

Hərdən xalqı da düşünün, cənablar!