vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
PROBLEM  
17:10 | 10 fevral 2017 | Cümə Məqaləyə 3377 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər gün döyün!»

Bakıda psixoloq uşağı döydü və bunu valideynlərinə də məsləhət bildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda oğlan övladının qız oyuncaqlarına meylli olduğunu görən valideynlər onu psixoloqa aparıblar. Psixoloq isə elə valideynlərinin gözləri qarşısındaca uşağı döyüb.

Bu barədə psixoloq Xatirə Səfərova «Facebook» səhifəsində status paylaşıb. Bildirib ki, hazırda həmin uşaq onun terapiya prosedurasından keçir.

«Bir valideyn 5 yaşlı oğlunun qız oyuncaqlarına meylini görüb aparıb psixoloqa. Psixoloq isə valideynlərinin yanında uşağı vurub. Daha sonra məsləhət verib ki, uşağı hər gün döyün. Tapşırın ki, bir də qız oyuncaqları ilə oynasa, döyüləcək. Aparın cüdoya qoyun. Üzgüçülüyə qoymayın, qız kimi fiqurası olar. Peçenye, şirniyyat yeməyə qoymayın. Homoseksuallar şirniyyata meylli olur. Əlinə rəngli qələm almağa imkan verməyin ki, rəsmə meyli olsun».

Psixoloq bildirib ki, uşaqları bu cür savadsız psixoloqların yanına aparmaq olmaz. Bu cür psixoloqlar yaxşıların da adını batırır. (baku.ws)