vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:57 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saziş imzalanır

Ermənistanda «üç O...yan» bloku yaranır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Ermənistanda keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri, «Birlik» partiyasının lideri Vardan Oskanyan və «İrs» partiyasının lideri Raffi Ovanisyan aprelin 2-nə təyin olunmuş parlament seçkilərində blok şəklində iştirak etmək üçün saziş imzalayır. Blokda iştirak etməyə son günlərə qədər tərəddüd edən «İrs» partiyasından məlumatı təsdiq ediblər. Partiyanın səd müavini Armen Martirosyan deyib ki, idarə heyəti vahid blok şəklində seçkilərə qatılmağa qərar verib.

Virtualaz.org xəbər verir ki, «İrs» partiyasından deputat Zarui Postancyan hər hansı blokun əleyhinədir və seçkilərdə iştirak etməyəcək. Bundan əvvəl Oskanyan-Ohanyan blokuna «Milli özünüdərk» və Ermənistan Demokratik partiyası da qoşulmuşdu, lakin onlar daha sonra bloku tərk ediblər. Beləliklə, blok üç partiyadan formalaşıb.