vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
18:16 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2085 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç bilmirəm nə olacaq...»

Ziya Məmmədov işsiz qalmasından danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov başçılıq etdiyi nazirliyin nəhayət ləğv olunmasına və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə şərh verib. O, unikal.org-a deyib ki, sərəncam ölkə başçısı tərəfindən imzalanıbsa, bunu yüksək qiymətləndirir: «Aidiyyatı üzrə icra olunmasını zəruri hesab edirəm».

«Bundan sonra hansı işlə məşğul olacaqsınız? - sualına sabiq nazir belə cavab verib: «Hələ sərəncamla tanış olmamışam. Oxuyum sonra bu barədə danışarıq».

Keçmiş nazir müsavat.com-a da açıqlama verib. Bunları deyib: «Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq». Sabiq nazir «indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı» sualına belə cavab verib: «Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil».


***


Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, İlham Əliyevin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.