vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MEDİA-QHT  
21:51 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1558 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pensilvaniya Universiteti İTM-in tərifini verdi

İqtisadi Tədqiqatlar Mərkəzi beynəlxalq reytinqdə önəmli yerlərdə

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Pensilvaniya Universitetinin «Vətəndaş cəmiyyəti və analitik mərkəzlər» proqramın 2016-c il üçün dərc etdiyi 10-cu «Qlobal beyin mərkəzləri Hesabatı»nda təmsilçisi olduğum İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tədqiqata cəlb edilmiş 6846 analitik mərkəz arasında 6 nominasiya üzrə qaliblər sırasına daxil olub. Qiymətləndirmə nəticəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Daxili iqtisadi siyasət» nominasiyasında (Top Domestic Economic Policy Think Tanks) dünyanın ən yaxşı tədqiqat mərkəzləri arasında ilk yüzlüyə daxil olaraq 97-ci yeri tutub. Bu nəticə mərkəzin 1 il bundan əvvəlki göstəricindən 1 pillə yaxşıdır. Bu siyahıda ilk onluğa Brookings Institution (ABŞ), Adam Smith Institute (ASI) (Böyük Britaniya), National Bureau of Economic Research (NBER) (ABŞ), Cato Institute (ABŞ), Peterson Institute for International Economics (PIIE) (ABŞ), Heritage Foundation (ABŞ), Bruegel (Belçika), Center for American Progress (CAP) (ABŞ), German Institute for Economic Research (DIW) (Almaniya), Center for Social and Economic Research (CASE) (Polşa) daxil olub.

Bununla yanaşı, İTM media ilə ən yaxşı əlaqəsi olan beyin mərkəzləri arasında 56-cı olub. Bu nominasiyada ilk beşliyi Center for Strategic and International Studies (CSIS) (ABŞ), Chatham House (Böyük Britaniya), Brookings Institution (ABŞ), Amnesty International (AI) (Böyük Britaniya) və Council on Foreign Relations (CFR) (ABŞ) tutub. 

Digər bir nominasiyada - Məqsədyönlü siyasət tədqiqatları üzrə (Think Tanks with Outstanding Policy-Oriented Research Programs) dəyərləndirmədə İTM 76-cı yerdə qərarlaşıb. Bu nominasiyada ilk beşliyi ABŞ və Britaniya beyin mərkəzləri tutub: RAND Corporation (ABŞ), Chatham House (Böyük Britaniya), Brookings Institution (ABŞ), Carnegie Endowment for International Peace (ABŞ), Adam Smith Institute (ASI) (Böyük Britaniya). 

Nəhayət, İTM dünyanın ən müstəqil beyin mərkəzləri arasında 123-cü yeri tutub. Bu nominasiyada ilk beşliyi yenə də məşhur ABŞ və Böyük Britaniya beyin mərkəzləri bölüşüb: Carnegie Endowment for International Peace (ABŞ), Adam Smith Institute (ASI) (Böyük Britaniya), Brookings Institution (ABŞ), Amnesty International (AI) (Böyük Britaniya), Chatham House (Böyük Britaniya).