vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SOSİAL  
14:16 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Unun qiyməti niyə qalxır?

Sahibkarlar kisələrə müdaxilə edir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanın bəzi rayonlarında 50 kiloqramlıq un kisəsi 30 manata satılır». VAXT.AZ xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, son 10 gün ərzində dolların kursunun aşağı düşməsinə baxmayaraq, istər Bakı şəhəri və onun ətrafı, istərsə də bölgələrdə unun qiyməti qalxmaqda davam edir:

«Unun qiymətində 10-25 faiz artım olub. Rayonların əksəriyyətində unun bir kisəsi 30 manata qədər yüksəlib. Bu isə dünya bazarında mövcud olan konyukturdan tamamilə fərqlidir. Azərbaycanda unun qiyməti digər ölkələrə nisbətdə çox bahadır. Digər ölkələrdə unun 1 tonu 180 dollara olduğu halda, Azərbaycanda yarım tonu 180 dollara təklif olunur. Azərbaycanda dolların kursunun son günlər azalmasına baxmayaraq, bazarda qiymətlərin aşağı enməsi müşahidə olunmur».

Ekspertin fikrincə, ərzaq adı altında Azərbaycana gətirilən buğda dollarla əldə olunur: «Həmin buğdanın keyfiyyət göstəricisi çox aşağıdır. Əslində dolların ucuzlaşması unun, çörəyin və buğdanın ucuzlaşmasına səbəb olmalıdır. Ancaq bununla belə, ortaya daha tutarlı faktlar çıxıb. Un satışı ilə məşğul olan sahibkarlar un kisələrinə müdaxilə edir. Un kisələrinin çəkisində azalma hallarına rast gəlinir. 50 kiloqramlıq un kisəsinin çəkisini 5 kq. azaldıblar. Həm unun qiymətini artırırlar, həm də çəkisini azaldırlar».