vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
14:32 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2239 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Artıq bunu başa düşürlər»

«Gözlənilir ki, apreldə islahatlar başlayacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni ildə verilməyən əfvin gələn ay imzalanacağı deyilir. Novruz bayramına bir aydan artıq müddət qalmasına baxmayaraq, son günlərdə siyasi məhbuslar məsələsi daha çox müzakirə olunur.

Buna səbəb də beynəlxalq təşkilatların nümayəndələrinin bu ayın əvvəllərindən başlayaraq, Azərbaycana səfərlərinin mütəmadi hal almasıdır. Son olaraq, ötən həftənin sonlarında AŞ PA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alan Desteks ölkəmizdə səfərdə oldu, prezident səviyyəsində rəsmilərlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü. Ekspertlər belə səfərlərin hər birində siyasi məhbuslar məsələnin əsas müzakirə mövzusu olduğunu və bu səfərlərin gələn aydakı əfvə ciddi təsir edəcəyini bildirirlər. Martda veriləcək əfvi hökumətin yaz aylarında planlaşdırdığı idarəetmədəki islahatlarının başlanğıcı kimi qiymətləndirənlər də az deyil.

«Turan» informasiya agentliyinin rəhbəri Mehman Əliyev «Yeni Müsavat»a açıqlamasında martda əfv məsələsinin mühüm bir proses olacağını söyləyib: «Apreldə gözlənilir ki, islahatlar başlayacaq. Martda isə əsas məsələ əfvdir. Çünki əfv islahatların, yəni yeni bir prosesin tərkib hissəsidir. Mart ayı sanki ilkin addım və yeni mesaj olacaq. Amma əsas proseslər aprel ayına düşür. Nəzərə alaq ki, yaxınlarda prezident İlham Əliyevin Brüsselə səfəri və Avropa Birliyi ilə yeni sazişin imzalanması gözlənilir.

Bu, onu göstərir ki, Azərbaycan hakimiyyəti yeni siyasi münasibətlərə hazırdır. Tərəflər arasında növbəti addımların atılması, razılaşmaların olduğu görünür. Hesab edirəm ki, intensivlik artır, getdikcə bu daha da artacaq. Belarusda həmin proses gedir. Gürcüstan, Ukrayna, Moldova kimi ölkələr Avropa Birliyi ilə assosiativ sazişlər imzalayıblar və günü-gündən Avropa ilə daha sıx əlaqələr yaradırlar. Vizasız rejimin tətbiq olunması bundan xəbər verir. Hələ ki Azərbaycan, Belarus və Ermənistan arxada qalır. Onların da hesab edirəm ki, vaxtı yetişib. Avropa deyir ki, ya əməkdaşlıq edək, ya da münasibətlərimiz başqa cür olacaq. Bu dövlətlər artıq bunu başa düşürlər. Özləri üçün artıq qərar veriblər ki, sıx əməkdaşlığa getməliyik».

Ekspert əfv sərəncamı ilə tanınmış simaların azadlığa buraxılmalı olmalı olduğunu da qeyd edib: «Əfv, sadəcə, bir addım olacaq. Bu, məsələnin tam həlli demək deyil. Çünki bu gün siyasi məhbusların bir çoxu azad oluna bilər, amma səhəri gün onların yerini başqaları ilə əvəz edərlər. Məsələn, ötən illəri əfv verildi, çoxsaylı qərarlarla siyasilərin bir hissəsi azad olundu, demək olar ki, siyasi məhbusların sayı 100-dən 30-a düşdü. Amma onların yerini təzədən doldurdular və yenidən siyasi məhbusların sayı artdı.

Əfv verməklə məsələ düzəlmir. Söhbət ondan gedir ki, növbəti addımlar nə olacaq? Azərbaycanda münasibət, sistem, baxışlar dəyişməlidir. Hakimiyyət və cəmiyyət arasındakı münasibətdə dəyişiklik olmalıdır. Hakimiyyət xalqın qarşısında hesabatlı olmalıdır. Amma bu gün hesabatlı deyil. Ona görə böhran vəziyyətinə düşdük».