vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
17:44 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2445 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abşeronun «qırmızı qızılı»

Pomidor ixracatçıları 100 min tondan çox məhsul ixrac edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən il Azərbaycandan Rusiyaya 100 min tondan çox pomidor yola salınıb. Bu il ixracatın başqa ölkələrə də yayılacağı gözlənilir.

İstixana şəraitində pomidor yetişdirən təsərrüfatlar il ərzində xaricə satışlarını 36 min ton artırıblar. Azərbaycan pomidoru ənənəvi Rusiya bazarıyla yanaşı, ərəb ölkələrinə də (Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə - BƏƏ-yə) yol tapıb.

«Bu il də istixanalar, əsasən, ixraca gedən pomidor sortları sifariş verirlər. İxrac müqavilələri bağlanıb, özü də valyuta ilə. Hədəf - ərəb ölkələri və Moskva bazarlarıdır», - Abşerondakı istixanalardan birinin direktoru Tələt Əlizadə «Azadlıq Radiosu»na belə deyib.

T. Əlizadə müəssisələrin əksəriyyətinin ixrac niyyəti ilə sertifikat (HACCP, İSO9001, İSO22000) aldığını da sözlərinə artırıb. Ötən il BƏƏ-yə 57 ton Azərbaycan pomidoru satılıb. Bu il bu göstəricinin bir neçə dəfə artacağı ehtimal edilir.

Pomidor istehsalı üzrə ixtisaslaşan istixanaların əksəriyyəti Şəmkir, Göyçay və Abşeron rayonları ərazisində yerləşir. Təkcə Şəmkirdəki təsərrüfatların toplam sahəsi 2 min hektarı aşır.

«Bir əkin mövsümü boyunca hər hektardan 180-240 ton məhsul götürülür. Pomidorun satış problemi də yoxdur. Tədarükçülər kəndbəkənd gəzib münasib qiymətə malı satın alırlar. Fermerlər pomidoru «elə qapısındaca» 3,50-4 manata satırlar». T. Əlizadə pomidor yetişdirməyin yüksək rentabelliyinə diqqət çəkərək, bu səbəbdən yeni-yeni istixanaların qurulduğunu vurğulayır.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2015-ci ildə ölkədə 515 min ton pomidor yetişdirilib. Bunun 12 faizi ixrac edilib. Ötən ilin istehsal göstəriciləri hələ açıqlanmayıb.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, 1 milyard 237.1 milyon dollar qeyri-neft məhsulları ixracatında pomidorun payı 8,2 faizdir. Ötən il pomidor ixracatçıları ölkəyə 94,2 milyon dollar – 2015-ci ildəkindən 36,4 milyon dollar çox valyuta gətiriblər.