vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MƏHKƏMƏ, İSTİNTAQ  
12:48 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 2615 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çingiz Baxşiyevin «qızıl torbası»

Sabiq müşavir mövzunun ictimailəşməsindən niyə qorxur? - Məhkəməyə sözardı

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçmiş Nəqliyyat Nazirliyində vaxtilə yüksək post tutan «imkanlı məmur» Çingiz Baxşiyevin yoxa çıxan qızıllarının «axtarışı» uzun fasilədən sonra dünən Bakı Ağır Cinayətlər Məhkəməsində yenidən davam etdirilib.

Koordinat.az-ın xəbər verdiyi kimi, bir müddət dayandırılan məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə bərpa olunub, hakimlər heyətində Rasim Sadıxovu Samir Əliyev əvəzləyib, üçüncü hakim, əvvəlki kimi, Fikrət Qəribovdur.

Dünənki prosesdə zərərçəkmişlər - Cingiz Baxşiyevlə onun qızları Sevil və Fatimə məhkəməyə sərbəst ifadə veriblər. Bu ifadələrdə yenə qızılları onların «yaxın qohumları və ən etibarlı adamları olan Rövşən Əhmədovun mənimsəməsi» barədə indiyədək çoxsaylı media məlumatlarında dəfələrlə təkrarlanmış əhvalatdan bəhs edilib. Bu əhvalatın təfərrüatları necə və hansı yollarla hədsiz var-dövlətə sahib olduğu hələ də şübhə və ehtimallar doğuran sabiq nəqliyyat məmurunun qızıllarının yoxa çıxması kimi macəralı hadisədən xəbərdar olanlara yaxşı məlumdur.

Dünənki prosesdə medianın diqqətini cəlb edəcək yeni təfərrüat isə ondan ibarətdir ki, Rövşən Əhmədov «qızıl torbası»nı Çingiz Baxşiyevin qızı Fatimənin mənzilində onun həyat yoldaşı Ayaza təhvil verərkən daha bir nəfər - xidmətçi qadın da orada olub. Bu fakt hakim Əfqan Hacıyevin diqqətini çinayət işi ilə tanışlıq zamanı cəlb edib. Hakimin diqqət yetirdiyi başqa bir məqam isə Rövşən Əhmədov geri qaytardığı bağlamanın Fatimənin mənzilində «toxunulmamış» qaldığı müddətdə Çingiz Baxşiyevin Avstriyada yaşayan oğlu Nərimanın Bakıya gəlib-gəlməməsidir. Hər iki şübhəli məqama zərərçəkənlər heç bir şübhə ilə yanaşmadıqlarını bildirsələr də, məhkəmə istintaqında bu məqamların aydınlaşdırılacağı şübhə doğurmaya bilər...

Zərərçəkmiş qismində yenidən ifadə verərkən Çingiz Baxşiyev kütləvi informasiya vasitələrinə iradlarını bir daha səsləndirib. Yenə deyib ki, mətbuat mənə təzyiq göstərir. Amma öz yaxın qohumu ilə arasında olan bir məsələyə münasibətdə  mətbuatın mövqeyinə irad bildirən bu imkanlı məmur, görünür, hələ də qəbul etmək istəmir ki, cəmiyyət dövlət qulluğunda olmuş bir vətəndaşın dəyəri milyon manatlalarla ölçülən qızıl-zinəti, var-varidatı, mal-mülkü aylıq əməkhaqqı ilə əldə edə biləcəyinə inanmır və buna görə də jurnalistlərdən daha dərin araşdırmalar gözləyir.

Araşdırmaların isə ardı-arası kəsilmir. Məsələn, «musavat.com» internet portalında yerləşdirilmiş «8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı» başlıqlı məqalədə Çingiz Baxşiyevin qızıllarını mənimsəməkdə ittiham olunan Rövşən Əhmədovun həyat yoldaşının çox ilginc açıqlamaları barədə məlumat verilir. Həyat yoldaşını həbsxanada «Çingiz Baxşıyevin öz əlaqələri vasitəsilə zəhərlədib öldürəcəyini» ehtimal edən qadın Milli Təhlükəsizlik Xidmətinə «hətta ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istədiyini» bildirib. Təbii ki, bu ifadədə başlıca fiqurun məhz Çingiz Baxşiyev olacağı gözləniləndir.

Rövşən Əhmədovun həyat yoldaşının mətbuata açıqlaması ilə bağlı hüquq-mühafizə orqanlarının hansı addımlar atdığı və ya atacağı barədə hələ məlumat yoxdur. Heç dünən keçirilən məhkəmə prosesində də bu açıqlamaya reaksiya verən olmadı...

Məhkəmədə, təbii ki, hamıdan çox həyəcan keçirən elə Baxşiyevlər ailəsidir. Həm yığıb-yığışdıra bilmədikləri var-dövlətin bir hissəsinin əldən getməsinin peşmançılığını çəkirlər, həm də yaşadıqları sakit həyatın gizlinlərinin faş olmasının...  Çingiz müəllim bəlkə ürəyində hər gün özünü danlayır da: «Ə, bu sənə lazım idi?!»

Amma daha gecdir. Cəmiyyət gözləyir: bu mühakimənin, çəkişmənin axırı hara gedib çıxacaq?

Xatırladaq ki, Rövşən Əhmədovla yaxın qohumu Çingiz Baxşıyevin, əsasən, müxtəlif nominallı çoxsaylı qızıl sikkələrdən ibarət 800 min manatlıq sərvətini mənimsəməkdə ittiham edilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi açılıb və ötən ilin aprel ayından həbsdədir.

Məhkəmə davam edir.