vaxtlı-vaxtında oxuyun! Cümə, 21 iyul 2017
ABŞ dolları 1 USD = 1.7017 AZN
Avro 1 EUR = 1.9590 AZN
Rusiya rublu 1 RUB = 0.0288 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2160 AZN
Türk lirəsi 1 TRY = 0.4821 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
18:34 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sözümüz budur ki...

...millətin enerjisini mənasız mübahisələrinizə xərcləməyin

Emil SAİDLAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Bizi məşğul edirlər. Məsələn tarixlə: Nə qədər uzağa getdikcə o qədər şanlı və təbii, o qədər də şirin. Beləcə başımızı girələyirik.

Keçmişin şirinliyi bizi əridir, kiçildir, yox edir.

Keçmişlə, köklə, tarixlə, sənət-şerlə maraqlanmaq qəbahət deyil.

Amma bu məşğuliyyət sənin bütün saatını, gününü və hətta bütün həyatını zəbt edirsə, bax bu qəbahətdir.

Başımızı qatırlar ki, Nuru paşa oradan gəldi, filankəs burdan getdi. O pis gəldi, bu yaxşı getdi. O bizi satdı, bu sadiq oldu.

Biri çıxır nəyisə mədh edir, digəri pisləyir. Və ən əsası da bu iki tərəf enerjilərini başqa yöndə xərcləməlidirlər, xərcləməyə borcludurlar, amma yanlış yollarda yanlış istiqamətə gedir və arxalarında da müəyyən kütləni çəkib aparırlar, insanların enerjisini amansızca öz mənasız mübahisələrinə xərcləyirlər. Dərk etmək lazımdır ki, bu xərclənən xalqın, millətin enerjisidir.

Amma siz kütləni aldada bilərsiniz, hamını yox. Dövr saz-söz, şanlı tarix dövrü deyil... 125 deputatın 25-i hüquqşünas, 50-i iqtisadçı, elə bir o qədəri də müxtəlif sahələrdən təcrübəli idarəçilər (o sahələrin sadəcə mütəxəssisləri yox, təcrübəli idarəçiləri) olmalı olduğu halda, bunlar nələri müzakirə edib, nələrə enerji sərf edirlər.

Eynilə digər dövlət qurumlarını özəl sektordan peşəkar CEO-lar (artıq nəyimiz varsa, əlimizdə olanımızdan) formalaşdırmalıdır, formalaşdırılmada ən azından ciddi payları olmalıdır.

Xeyli adam var, nə gözü dövlətin pulundadır, nə malındadır. Amma bu gün məmnuniyyətlə bu ölkədə nəyinsə qulpundan yapışıb, hardansa başlayıb düzəltmək istəyər.

Düzlərimiz çox olacaq, buna inanırıq deyə zatən iddialıyıq, amma çox güman ki, səhvlərimiz də olacaq. Amma bu səhvlər dövlətin malına, xalqın etimadına xəyanət etmək olmayacaq. Məntiqsiz və xaotik bir şəkildə sağa-sola vurnuxmayacağıq.

...Və şübhəsiz ki, bizlər yüzlərləyik...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Mayın 19-dakı seçkilərdə Güney Azərbaycanlılar hansı namizədə səs verməlidir?

  • Seyid Mustafa Ağa Mirsəlim
  • Mustafa Haşemitəba
  • İshaq Cahangiri Kuşayi
  • Məhəmməd Baqir Qalibaf
  • Həsən Ruhani
  • Seyid İbrahim Rəisi - Sadat
  • Heç birinə - Boykot
  • Cavab verməyə çətinlik çəkirəm