vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
09:33 | 17 fevral 2017 | Cümə Məqaləyə 1766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya ilə hərbi əməkdaşlıq istisnadır»

ABŞ müdafiə naziri ordu komandanlarının Bakı danışıqlarının ardınca...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda ABŞ və Rusiya silahlı qüvvələrinin Baş qərargah rəislərinin danışıqlarının başa çatmasının ardınca Pentaqon rəhbəri, general Ceyms Mattis Rusiya ilə hərbi əməkdaşlığın hazırda «istisna olduğuna» dair bəyanatla çıxış edib.

Virtualaz.org «Amerikanın səsi»inə istinadən xəbər verir ki, «quduz köpək» ləqəbli general Ceyms Mattis belə bəyanatla Brüsseldə NATO müdafiə nazirlərinin iclasında çıxış edib.

«Hazırda biz elə vəziyyətdə deyilik ki, Ruiya ilə hərbi sahədə əməkdaşlıq edə bilək. Lakin bizim siyasi liderlərimiz qarşılıqlı əlaqədə olacaqlar və təmas nöqtəsi tapmağa çalışacaqlar», - Mattis bildirib. Onun sözlərinə görə, hərbi əməkdaşlıqdan danışmazdan əvvəl Rusiya sübut etməlidir ki, beynəlxalq hüququn normalarına əməl edir.

Ceyms Mattisin bu bəyanatı Rusiya müdafiə naziri Sergey Şoyqunun Moskvanın Vaşinqtonla hərbi əməkdaşlığın bərpasına hazır olduğuna dair bəyanatının ardınca səslənib. Bundan əvvəl Ceyms Mettis bildirmişdi ki, ABŞ Rusiya ilə «güc mövqeyindən» danışacaq.