vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
11:17 | 17 fevral 2017 | Cümə Məqaləyə 2262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçıların «seçkisi» pislənildi

Həmsədrlər qondarma «referendum» aktı barədə bəyanat verdi

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Həmsədrlər 2017-ci il 20 fevral tarixində Dağlıq Qarabağda konstitusiyaya dair qondarma "referendum"un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlıdırlar».

Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhendə keçirilən təkbətək və birgə görüşünün yekunlarına dair bəyanatında  bildirilib.

Bəyanatda qeyd olunub ki, həmsədrlər, Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan əhalinin ictimai həyatını formalaşdırmaq cəhdi kimi istifadə etdiyini qeyd etsələr də, bir daha vurğulayırlar ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır:

«Buna görə də həmsədrlər 20 fevral «referendumu»nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. Həmsədrlər qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir. Həmsədrlər cari ilin mart ayında regiona səfər etməyi planlaşdırırlar».