vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
11:30 | 17 fevral 2017 | Cümə Məqaləyə 2424 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərişıq» hazırdır

Güclü qar elektrik enerjisi ilə təchizata necə təsir edib...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gündən başlayaraq paytaxt Bakıya və ölkənin əksər bölgələrinə yağan qara baxmayaraq ölkənin elektrik enerjisi operatoru «Azərişıq» ASC elektrik enerjisi ilə təchizatda problem yaranmadığını bildirir. Şirkətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a bildirib ki, xüsusən dağlıq rayonlarda hazırda güclü qarın yağması müşahidə olunur. Lakin elektrik enerjisi təchizatı fasiləsiz təmin edilməkdədir.

«Qəza və təmir briqadalarımız əvvəlcədən hazırlıqları görüb, əgər güclü qar nəticəsində elektrik enerjisi şəbəkəsində hansısa qəzalar baş versə briqadalarımız qısa müddətdə onları aradan qaldırmaq imkanındadır. Digər tərəfdən son illərdə regionların, o cümlədən dağlıq rayonların elektrik enerjisi təsərrüfatının yenidən qurulması, istismar müddətini çoxdan başa vurmuş dayaqların, hava xətlərinin, transformatorların dəyişdirilməsi öz bəhrəsini verməkdədir və biz görülmüş işlər sayəsində bu cür sərt hava şəraitində elektrik enerjisi ilə təchizatda fasilələrin yaranması halları ilə çox az qarşılaşırıq», - Tanrıverdi Mustafayev deyib.