vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MEDİA-QHT  
13:34 | 17 fevral 2017 | Cümə Məqaləyə 2194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövlət mətbuatın yanındadır»

Əflatun Amaşov: «Mətbuat tam müstəqildir, azad fəaliyyət göstərir»

«Trend»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan mətbuatı milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayb». Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Muradova bu gün Milli Məclisdə media rəhbərləri ilə görüşündə deyib.

Ə.Amaşov vurğulayıb ki, mətbuatda çalışan filosoflar Azərbaycan xalqının inkişaf istiqamətini göstərdi: «Həmin insanlar XIX əsrin sonlarında Azərbaycan xalqının müstəqil yaşaması ideyasını meydana gətirdilər və sonra Cümhuriyyət qurularkən müxtəlif vəzifələr tutdular».

Ə.Amaşov deyib ki, milli azadlıq hərəkatında da mətbuat mühüm rol oynadı: «Bu gün Azərbaycanda mətbuat tam müstəqildir, azad fəaliyyət göstərir, dövlət hər zaman Azərbaycan mətbuatının yanında olub. Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır. Hər zaman xalqımızın, dövlətimizin milli maraqlarından çıxış edir, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır».