vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
09:04 | 18 fevral 2017 | Şənbə Məqaləyə 1983 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«NATO-nun strukturu islahata uğramalıdır»

Türkiyənin müdafiə naziri: «Yaxın gələcəkdə vəziyyət dəyişəcək»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalıdır, Alyans fəaliyyətini yeni çağırışlara uyğun qurmalıdır. Bunu Münhen Təhlükəsizlik Konfransında Türkiyənin müdafiə naziri Fikri İşıq bəyan edib.

«Bizim vəzifəmiz NATO-nu əvvəlkindən güclü etməkdir. NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalıdır, Alyans fəaliyyətini beynəlxalq terrorizm kimi yeni çağırışlara uyğun qurmalıdır», deyə nazir bildirib.

F. İşıq həmçinin qeyd edib ki, Alyans Türkiyənin də yer aldığı cənub-şərq istiqamətdə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir: «Ümid edirik ki, yaxın gələcəkdə vəziyyət dəyişəcək».