vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
00:33 | 18 fevral 2017 | Şənbə Məqaləyə 1520 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamısı xalq düşmənidir...»

Tramp lap Stalin kimi danışmağa başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Ağ Evdə iki gün əvvəl keçirdiyi və jurnalistlərlə qarşılıqlı mübahisə şəraitində keçən mətbuat konfransından sonra özünün «Twitter» səhifəsindən bir neçə aparıcı qəzeti və telekanalları «xalq düşmənləri» adlandırıb.

Virtualaz.org xəbər verir ki, Tramp NBC, ABC, CBS, CNN telekanallarının, habelə «The New York Times» qəzetinin «amerika xalqının düşmənləri olduğunu» yazıb. «Bu feyk xəbər KİV-ləri mənim yox, amerika xalqının düşmənləridir!» - ABŞ prezidenti öz tvitində bildirib.

Xatırladaq ki, Amerikanın aparıcı KİV-ləri Trampı prezidentliyinin ilk günlərində verdiyi qalmaqallı fərmanlarına görə, daha sonra isə onun milli təhlükəsizlik müşaviri Ceyms Flinnin Rusiya səfiri ilə şübhəli təmaslarına və istefaya məcbur olmasına görə tənqid atəşinə tutur. Tramp şikayətlənib ki, mətbuat ona Rusiya ilə münaibətləri normallaşdırmağa imkan vermir.

Bu arada Trampın «xalq düşmənləri» siyahısından olan ABC News telekanalı bildirir ki, Məxfi Xidmət əməkdaşları prezidentin limuzininə daş atılması insidentini araşdırır. Məlumata görə insident Floridada baş verib, Trampın kortejindəki avtomobillərdən birinə hansısa bərk predmet dəyib. Məxfi Xidmət ehtimal edir ki, kimsə kortejə daş atıb. Dəyən zərbədən zirehli limuzin zərər görməyib. Tramp prezident səlahiyyətlərinin icrasına cəmi bir aydır başlasa da reytinqi durmadan aşağı düşür və o, ölkənin hər yerində küçə etirazları ilə qarşılaşır.