vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
18:38 | 18 fevral 2017 | Şənbə Məqaləyə 820 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qara dəniz – qan çanağı

NATO ABŞ-ın təklifinı qəbul, Türkiyənin etirazını rədd etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Qara dənizdə Rusiya qırıcılarının Amerikanın savaş gəmilərinin üzərindən alçaqdan uçuşlar keçirməsindən sonra iki ölkə arasındakı gərginliyin yüksəldiyi bir ərəfədə, NATO bu gün kritik qərar verərək, bu gərginliyi daha da artırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldə keçirilən NATO Müdafiə nazirlərinin toplantısında ABŞ NATO-nun Qara dənizdə əsgər sayının artırılmasını istəyib və bu təklif Türkiyənin etirazına baxmayaraq, qəbul edilib.

Məlumata görə, toplantıda Türkiyəni təmsil edən Müdafiə naziri Fikri Işık rəsmi Ankaranın ABŞ-ın təklifindən narahat olduğunu bildirib. O, Qara dənizdə əsgər və savaş gəmilərinin sayının artırılmasının Rusiya ilə gərginliyi daha da artıracağını deyib və bu səbəbdən belə bir addımı atmamağı məsləhət bilib:

«Lakin müzakirələrin sonunda belə qərara alınıb ki, Qara dənizdə NATO-nun əsgər və hərbi texnika sayı daha tədbirli formada artırılsın. Eyni zamanda, dənizdə NATO-nun yeni komanda mərkəzinin formalaşdırılması nazirlərin toplantısında qəbul olunub».

Beləliklə, Brüsseldə alınan qərara görə, bundan sonra Qara dənizə daha çox NATO savaş gəmisi daxil olacaq. Bu gəmilərin idarə-komanda nəzarəti isə İngiltərədə olan «Marcom» bazasından həyata keçiiriiləcək:

«Türkiyənin narahatlığı nəzərə alınaraq, Rusiya ilə ehtimal olunan hər hansı bir gərginliyi əngəlləmək üçün gəmilərin bütün hərəkət istiqaməti əvvəlcədən Türkiyəyə bildiriləcək»

Qərarın may ayında keçiriləcək NATO-ya daxil olan dövlətlərin prezidentlərinin toplantısından sonra tətbiqinə başlanacağı da açıqlanıb.