vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
23:45 | 18 fevral 2017 | Şənbə Məqaləyə 872 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarşıdurma istəmirik!»

Rusiyadan geri addım

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiya heç kimlə qarşıdurma arayışında deyil, ancaq hər zaman öz maraqlarını da qoruya biləcək gücdədir. Bizim əsas prinsipimiz hədəfə dialoq yolu ilə çatmaqdır». Strateq.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

53-ci Münhen Təhlükəsizlik Konfransında çıxış edən Lavrov NATO-nun genişlənməsinin Avropada gərginliyi artırdığını bildirərək, həm Rusiyanın, həm də Qərbin narahatlığının aradan qaldırılması və dialoqun davam etdirilməsi üçün Alyasla ilə hərbi əməkdaşlığı yenidən başlamağın lüzumunu vurğulayıb.

Rusiyanın Qərblə əlaqələrindəki gərginliyin süni yaradıldığına inanan Lavrov ABŞ-la da praqmatik və qarşılıqlı hörmət əsasında əlaqələri inkişaf etdirmək istədiklərini dilə gətirib.

Lavrovun bu «sülhpərvər» açıqlamasının NATO-nun bu gün Qara dənizlə bağlı imzaladığı mühüm qərarından sonra gəlməsi təsadüfi görünmür. Qeyd edək ki, Alyansın Brüsseldə keçirilən toplantısında ABŞ-ın Müdafiə naziri Qara dənizdə əsgər sayının artırılmasını təklif edib və Rusiyanı ciddi narahatlığına yol açacağı gözlənilən qərar qəbul olunub.