vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
22:59 | 18 fevral 2017 | Şənbə Məqaləyə 1753 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran neftinin gələcəyi

100 milyard investiya gözləyən Tehran Pakistan bazarına üz tutur

MÖVZU İLƏ ƏLAQƏLİ

İran dünyanın ən böyük neft ehtiyatlarına sahibdir, amma heç ölkədaxili tələbatı belə təmin edə bilmir. Tehranın nüvə proqramı üzərində əldə olunan razılıqdan sonra sanksiyaların aradan qaldırılması ilə ölkə neft axtarışı və infrastruktur sahəsində xarici investisiya cəlb etməyə çalışır. Lakin ABŞ prezidenti Donlad Trampın sərgilədiyi mövqe buna mane yaradacaqmı?

Neft sənayesi ilə bağlı hesablamalara əsasən, İranın köhnə neft insfrastrukturunu inkişaf etdirmək üçün 100 milyard dollara ehtiyacı var. Tehran isə bu sərmayəni xarici şirkətlərdən gözləyir.

Nüvə razılığı İrana tətbiq olunan bəzi sanksiyaları aradan qaldırdı. Amma bu, əsasən Avropa sanskiyaları oldu. İranla maliyyə sövdələşmələri üzrə ekspert Reiner Cahn deyir ki, Amerika şirkətlərinin İranda iş edə bilməsi hələ də çox çətindir. «ABŞ-ın sanskiyalar üzrə dövlət orqanı OFAC icazə verməsə, bir amerikalının bir iranlı ilə hər hansı pul əməliyyatı ilə bağlı danışıqlar aparması mümkün deyil», – deyə o bildirir.

Bu səbəbdən də İran diqqətini başqa yerə yönəldir. Hindistanın neft tələbatının kəskin şəkildə artacağı gözlənilir və Tehran oranı əsas bazar olaraq görür. Özəl konsorsimu olan SAGE, iki ölkəni birləşdirən dünyanın ən dərin sualtı boru kəməri inşa etmək planları ilə bağlı irəliləyişlər əldə edib.

Cənubi Asiya Neft Müəssisəsi İan Neş: «Biz Oman və Hindistan arasında araşdırma aparmışıq. Təəssüf ki, o zaman, sanksiyalar səbəbilə İran qolunu da araşdıra bilmədik. SAGE bu araşdırmanı bu il aparacaq».

1300 kilometrlik 5 milyard dollarlıq boru kəməri suyun 2500 metr altında dəniz yatağının üzərindən keçəcək. Bu cür sərmayələrin mümkünlüyü neftin qiymətindən asılıdır ki, bunu indidən müəyyən etmək çox çətindir.

«Twister Supersonic Gas Solutions»dan Vinsent Qrut: «Qiymətlər qalxıb-düşür. Bu isə investorların görmək istədiyi mənzərə deyil. Ona görə də, fikrimcə, gələcəkdə, OPEC-ə bənzər, GPEC, yəni Neft İstehsal Edib İxrac Edən Ölkələr kimi bir infrastruktur yarana bilər».

Bu cür karteldə İran böyük gücə sahib olacaq. Amma üfüqdə buldular görünür.

ABŞ prezidenti Donald Tramp dəfələrlə nüvə razılığını qınayıb və İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Reiner Cahnın sözlərinə görə, tarix göstərir ki, Birləşmiş Ştatlar xarici sərmayənin qarşısını almaq üçün müdaxilə edə bilər: «ABŞ ikincili dərəcəli sanksiyalar yaratdı. Onlar tamamilə Avropa İttifaqı qanunu çərçivəsində, lakin ABŞ qanunlarına zidd hərəkət edən Avropa şirkətlərinə sanksiyalar tətbiq edirlər. Bu səbəbdən də, düşünürəm ki, onların bizim bazara böyük təsiri var».

2014-cü ildə ABŞ rəsmiləri bu cür ikinci dərəcəli sanksiyaları pozduğuna görə, Fransanın BNP Paribas bankına 8,9 milyard dollar dəyərində cəza tətbiq edib.

Nüzə razılığından bəri bəzi sanksiyalar aradan qaldırılıb. Amma təhlilçilər deyir ki, prezident Tramp ortaya yeni qeyri-müəyyənlik salıb ki, artıq İranda bu qeyri-müəyyənlik artmaqda davam edir. (amerikaninsesi.org)