vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:32 | 19 fevral 2017 | Bazar Məqaləyə 809 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İran dünyada terrorizmin baş sponsorudur»

Tehran üçün Vaşinqton-Tel-Əviv planı işə düşür

Stanislav TARASOV, REGNUM İA

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail müdafiə naziri Aviqdor Liberman məlumat verib ki, yeni amerikalı həmkarı Ceyms Mettislə görüşdə «İran tərəfdən təhlükəni müzakirə edib və bu yöndı qətin fəaliyyət vədi alıb».

Onun sözlərinə görə, «biz ölkəmizin üzləşdiyi üç əsas problemi müzakirə etmişik – bu, İran, İran və İrandır».

Libermana görə, Tehrana qarşı tələblər dəsti yenə də köhnədir: uzaqmənzilli ballistik raketlər, raket texnikasının inkişafı, nüvə texnologiyası əldə etmək. «İsraillə coğrafi sərhədləri olmayan İran terrorçu təşkilatların əsas sponsoru olmaqla Livandakı «Hizbullah» və Qəzzadakı «HƏMAS» vasitəsilə buna nail olub, – nazir dəqiqləşdirib. – Pentaqon başçısı Mettislə İsrailin təhlükəsizliyinin təmini və Yaxın Şərqdə ABŞ maraqlarının saxlanması məqsədilə açır və səmimi dialoq aparmaq və əməkdaşlıq etmək razılığına gəldik. Həmçinin razılaşdıq ki, ən yaxın vaxtda təzədən görüşək».

Liberman danışır ki, Mettis öz növbəsində ABŞ-ın yeni administrasiyasının «İrana qarşı qəti hərəkət etmək» niyyətini təsdiq edib ki, bu da ABŞ prezidenti Donald Trampın son bəyanatı ilə səsləşir: «Biz İran dövlətinə qarşı yeni sanksiyalar tətbiq etmişik. O, əvvəlki prezident Barak Obama administrasiyası sayəsində tam mənfəət götürür. O, dünyada terrorizmin baş sponsorudur».

Eyni zamanda Tramp xəbərdarlıq edib ki, «bu məsələ düzgün şəkildə həll olununca» Vaşinqton Tehrana təzyiq göstərəcək, çünki, onun sözlərinə görə, indi İran məsələsi «lazım olduğu kimi» həll olunmur və Tehranla nüvə sazişini yenidən tənqid edib.

Bu qayda ilə ABŞ və İsrail Yaxın Şərqdə özü üçün baş təhlükəni İŞİD-də deyil, İranda görür, onu terrorizmin sponsoru sayır. Fəsad burasındadır ki, ABŞ və İsrail İran «probleminin düzgün həlli»ni necə görür. Ehtiyatdakı  polkovnik və İsrail baş nazirinin yanında Milli təhlükəsizlik şurası rəhbərinin keçmiş müavini Eron Lermanın fikrincə, «Tramp İranla nüvə sazişindən çıxaraq» eskalasiya spiralını burmağa başlaya bilər. Düzdür, İrann nüvə proqramı probleminin tənzimlənməsi üzrə 2015-ci ilin iyulunda Vyanada saziş imzalanmış «altılığın» başqa üzvləri  ABŞ və İsrailin siyasətini dəstəkləmək – hər halda indiki mərhələdə – niyyətində deyil. Lakin bu onları durduracaqmı?

Moskva bildirib ki, İran nüvə proqramı üzrə saziş «yoxlanmış və tarazlaşdırılmış mexanizmlərə» əsaslanır. MAQATE indiyədək saziş şərtlərinin pozulmasında Tehrana qarşı heç bir iddia təqdim etməyib. Hətta İran uzaqmənzilli yeni raketin sınağını keçirərkən «Əl-Cəzirə» qeyd edib ki, «Vaşinqton Tehranın fəaliyyətini yanlış şərh edir, çünki raket buraxılışı imzalanmış nüvə sazişinin mövqeyinə zidd deyil».

Buna baxmayaraq, hədəf göstərilib. İndi təkcə Yaxın Şərqə deyil, həm də Cənubi Qafqaza toxunacaq haqdisələrin gedişini proqnozlaşdırmağa cəhd zəruridir. Bununla bağlı bir neçə ssenari gözdən keçirilir.

Birinci ssenari. İranda prezident seçkiləri ərəfəsində ABŞ və İsrail tərəfdən açıq ittihamlar və ola bilsin, bu ölkəyə münasibətdə zahiri güc nümayişi güclənəcək. «The Wall Street Journal» Amerika nəşrinin yazdığı kimi, Vaşinqton İŞİD-ə qarşı deyil, İran əleyhinə «NATO-ya oxşar ittifaq  yaratmaq məqsədilə» Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bölgənin bır sıra ölkələri ilə danışıqlar aparır. Amerika quru qoşunlarının Suriyaya mümkün gəlişi haqda məlumat da yayılıb. Göstərilir ki, bu haqda qərar bir neçə həftə ərzində, İranda prezident seçkilərinədək qəbul edilməlidir. Başqa variant: Amerika qoşunlarını əvvəlcədən Küveytdəki bazada yerləşdirmək və martın ilk günlərində İranı cəlb etməklə Yəməndə hərbi əməliyyatlara başlamaq. Suriyada isə «Suriyanı İrandan ayırmaq üçün səhra məkanı və Suriya-İraq sərhədi zonası üzərində nəzarət təşkil etmək».

İran daxilində müxtəlif siyasi qruplaşmaların toqquşmasını törətmək və Rusiyanı onlardan birinin gözündən salmaq. Birləşmiş Ərəb Əmirliklərinin «Əl-Ərəbiyyə» nəşri bu günlərdə məlumat verib ki, Siyasi Məqsədəuyğunluq Şurasının (İran Ali Rəhbərinin yanında məşvərət qurumu-tərc.) katibi Möhsün Rezayi məruzəsində Rusiya xüsusi xidmətlərini ölkə daxili işlərinə, xüsusən də qarşıdakı İran seçkilərinə  qarışmaqda ittiham edib. İranın «Təbnak» nəşrinin dərcində isə adı çəkilməyən «Rusiya ekspertinə» isnadən göstərilir ki, guya «Moskva İran rəhbərliyinə xəbər verib ki, yüksəkçinli məmurlar arasında Amerika kəşfiyyatı ilə işləyənlər var».

Bu tip məlumatların yayılmasına eyhamlar «təməlçi» deyilən dairələrin təmsilçilərinə işarə edir.

Rusiyanın İran səfiri Levan Caqaryan bununla bağlı bildirib ki, «Rusiya seçkilərdə qalib gəlmiş namizədlə yaxşı münasibətlər quracaq» və İran KİV-lərinə atılmış «Rusiya kəşfiyyatının guya namizədlərdən birini dəstəklədiyi» haqda «məlumatı» qəti şəkildə təkzib edib. İran hakim sinfinin daxilində həqiqətən də kəskinləşən mübarizənin nişanələri göz qabağındadır və bu zaman Rusiya İslam İnqilabı Keşikçiləri Korpusuna tarazlıq kimi İranın indiki prezidenti Həsən Ruhani ilə səsləşən «islahatçılar» deyilən qanadın tərəfdarı kimi göstərilir.

Xatırladaq ki, REGNUM İA seçkilərdə Ruhaniyə qarşı vahid cəbhədə çıxış edəcək bir sıra mühafizəkar partiyalar və ayrı-ayrı şəxslərin «Birlik» (Yekta) koalisiyası yaratdığı haqda artıq məlumat verib. Həmçinin «The Wall Street Journal» bu yaxınlarda bildirib ki, indiki anda «ən perspektivli variant Tehranda rejimi dinc yolla dəyişmək, Əli Xameneini uzaqlaşdırmaq, islam respublikasını devirmək və Qərb ölkələrindəki kimi dünyəvi hökumət yaratmaq sayıla bilər».

İslam inqilabının  ali lideri ayətullah Xameneinin özü hesab edir ki, ABŞ-ın İrana qarşı təhdidlərini şişirtməyinə dəyməz, çünki «bu cür addımlar ölkə iqtisadiyyatının yaxşılaşdırılmasının ləngidilməyinə yönəlib».

Onun sözlərinə görə, «ABŞ hərbi təhdid və müharibə haqda hiylələri təkrarlayaraq İran məmurlarının diqqətini gerçək döyüşdən, yəni iqtisadi müharibədən ayırmaq istəyir və buna görə də vəzifəli şəxslər ayıq-sayıqlığı qorumalıdır».

Lakin o bununla yanaşı mürəkkəb iqtisadi durumu etiraf etməklə bunda prezident Həsən Ruhanini ittiham edib. «Hakimiyyət «bu baş verib, bu olub» demək əvəzinə nə etdiyini göstərməlidir, – Xamenei dəqiqləşdirib. – Yaşayışın yüksək qiyməti, işsizlik və iqtisadi tənəzzül ən önəmli məsələdir. Düşmən bu gün ölkə iqtisadiyyatına təzyiq etmək niyyətindədir ki, xalq problemlərlə üzləşsin və rejimdən naümid olsun».

Bu qayda ilə birinci ssenari qüvvədədir.

İkinci ssenari: ayətullah Xamenei Tehranda Şərqi Azərbaycan əyalətindən İran xalqına müraciətlə çıxış edib. Hesab olunur ki, bu çıxış 1979-cu il İslam inqilabının müqəddiməsi olan 1978-ci il 19 fevral Təbriz üsyanının ildönümünə düşür. Ancaq o bu qayda ilə eyni zamanda son zamanlar İranda passionarlıq qazanan Azərbaycan amilini də göstərib.

Bakı hələ lap bu yaxınlarda cənub sərhədlərindən haradasa 300 km-likdə baş verən hadisələrə kənardan – ensiklopedik və yaxud akademik yanaşırdı. Düzdür, Azərbaycanın daha «irəli getmış» ekspertləri başa düşürlər ki, «Yaxın Şərqdəki bütün sarsıntılarda yeganə uğuru kürd layihəsi olan ABŞ bu amili Yaxın Şərqin stratejicə ən mühüm ərazilərinə yaymağa cəhd edəcək».

İndi konkret fəaliyyət məqamı çatır. ABŞ və İsrail İrandakı durumu sabitsizləşdirmək üçün etnik amillərə ən önəmli vasitələrdən biri kimi yanaşır. Məsələ burasındadır ki, kökü hərbsonrası SSRİ tarixinə gedib çıxan tarixi səbəblər üzündən İranın şimali-qərb əyalətlərinin türkdilli əhalisi ümumiran siyasi proseslərində fəal iştirak edib. Bu gün hər şey yenidən üzə çıxır. Düzdür, hələlik İran Azərbaycanında real olaraq separatizmdən deyil, «muxtariyyətin» mümkün təzahürü haqda mülahizə yürütmək olar. Lakin sabah XIX əsrin I yarısında İranla müharibədən sonra Rusiya imperiyasının tərkibinə keçmiş şimali fars əyalətlərinin (indiki müstəqil Azərbaycanın) qaytarılması haqda.

Bu cür olsa, türkdilli iranlılar İranda etnik azlıq olmağı tərgidəcək, sonra isə müstəqil dünyəvi dövlətin yaradılmasını tələb edə bilərlər. ABŞ və İsrail təzyiqin oxşar siyasi texnologiyaları və işpozanlığı artıq İraq, Suriya və Türkiyəyə münasibətdə istifadə edib. Təsdüfi deyil ki, Tehran son illərdə ölkənin şimalında Talış və Muğan əyalətləri daxil olmaqla iranyönlü elektoratın yaradılması üzrə işi fəallaşdırıb. Lakin istənilən halda göstərilən ssenari artıq işə salınıb və çoxmillətli İran İraq və yaxud Suriyaya dönməyin astanasında görünə bilər.

Üçüncü ssenari İrana xarici müdaxilə ilə bağlı ola bilər ki, bizə az ağlabatan görünür. ABŞ və onun başçılıq etdiyi antiran koalisiyası üzvlərinin ölkə daxilində sarsıntılara təkan verməklə xarici təzyiq göstərməyə cəhd edəcəyi fəaliyyət daha perspektivli görünür. Bir Cənubi Qafqaz ekspertinin yazdığı kimi, «İranda durumun kəskin sabitsizləşdiriləcəyi, kəskin vətəndaş və silahlı qarşıdurma halında ABŞ qoşunları müttəfiqəri ilə İranda indiki rejimə loyal olanları neytrallaşdırmaq üçün əməliyyat keçirə, hansısa «etnik ərazidə» silahlı və başqa yardım göstəriləcək yeni hökumətin yaradılmasını elan edə bilər. Amerika qoşunları İranın cənubunda neft yataqlarını nəzarətə götürəcək, başqa hissələrdə isə nüvə təyinatlı obyektlər üzərində nəzarət təşkil edəcək». (strateq.az)