vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
19:23 | 19 fevral 2017 | Bazar Məqaləyə 990 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın kabinetində oğurluq şah əsər

«Dəniz mənzərəsi» adlı rəsm əsərini Ermənistan prezidentinə qardaşı hədiyyə edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Marinist İvan Ayvazovskinin İrəvanda - Ermənistan prezidenti Serj Sərkisyanın kabinetində tapılmış «Dəniz mənzərəsi» adlı rəsm əsəri ətrafında qalmaqal qızışır.

Virtualaz.org-un erməni KİV-ə istinadən məlumatına görə, məsələ ondadır ki, rus rəssamının şah əsəri vaxtilə Rusiya biznesmeni, «Rus qızılı» Şirkətlər Qrupunun prezidenti Aleksandr Tarantsevin şəhərkənarı evindən oğurlanmışdı.

Bir müddətdən sonra Erməni Xeyriyyə Fondu «Pyunik» bu rəsmi təntənəli şəkildə Ermənistan prezidenti Serj Sərkisyana hədiyyə etdi. Tədbirdən xəbər və şəkillər erməni KİV-ində geniş yayıldı.

Bundan sonra «Armtimes» erməni informasiya nəşri ««Pyunik» Fondu Ermənistan prezidentinə İvan Ayvazovskinin oğurlanmış rəsmini hədiyyə etdi» başlıqlı məqalə dərc etdi.

Hazırda Serj Sərkisyanın Ayvazovskisinin «Dənizdə gəmi» aldı rəsmini hədiyyə aldığı barədə xəbər «Pyunik» fondunun saytından silinib, amma nəşr bildirir ki, fondun silinmiş xəbərinin ekran görüntüsü redaksiyadadır.

Son dərəcə pis vəziyyətdə qalan «Pyunik» fondu fevralın 17-də rəsmi məlumat yaydı ki, Ayvazovskinin Ermənistan prezidentinə hədiyyə edilmiş rəsmi guya saxta olub.

«Pyunik» fondu Ermənistan Respublikasının prezidentinə İvan Ayvazovskinin «Dəniz mənzərəsi» rəsmini hədiyyə etmişdi. Sonradan rəsm əsəri peşəkar ekspertizaya göndərildi. Ekspertizanın nəticələri göstərdi ki, o, Ayvazovskinin fırçasının məhsulu deyil və heç bir muzey dəyəri yoxdur. Buna görə rəsm hər hansı muzeyə verilməyib və indi də Ermənistan Prezidenti Administrasiyasındadır», – deyə fondun məlumatında bildirilib.

Xəbərdə o da bildirilir ki, bu rəsm Serj Sərkisyana Ermənistan prezidentinin qardaşı Levon Sərkisyanın icraçı orqanının rəhbəri olduğu «Pyunik» xeyriyyə fondu tərəfindən, nümayəndə heyətini qəbul edərkən, şəxsən təqdim olunmuşdu.