vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
19:48 | 19 fevral 2017 | Bazar Məqaləyə 2038 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Niyə Azərbaycanı seçdilər?»

İlham Əliyev Rusiya və ABŞ generallarının Bakı görüşü haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın və ABŞ-ın Baş Qərargah rəislərinin Bakıda görüşü Azərbaycanın əsas hərbi-siyasi birləşmələrdən bərabər uzaqlıqda yerləşməsi və hər iki ölkə ilə müsbət münasibətlərdə olmasıyla izah olunur.

Virtualaz.org «Vestnik Kafkaza» agentliyi Avropa bürosunun rəhbəri Orxan Sattarova istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dünən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edərkən deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan həqiqətən də Rusiya və ABŞ hərbçilərinin görüşə biləcəyi tək yer idi: «Bakını seçmək qərarı bizim tərəfimizdən qəbul edilməmişdi, biz bu görüşə təşəbbüs etməmişik – bizə təklif etdilər, biz buna razılaşarıqmı. Niyə Azərbaycanı seçdilər? Mən özüm özümə bu sualı verdim, amma Avrasiyanın xəritəsinə baxanda anladım ki, ola bilər, bizim ölkəmiz onlar üçün yeganə variant idi. Biz NATO-nun və KTMT-nın üzvü deyilik, bizim dünyada çox yaxşı nüfuzumuz var, bizim ölkəmizin ABŞ-la, Avropa ilə, qonşularımızla, Rusiya ilə qaydaya salınmış münasibətlərimiz var və onlardan hər biri bizə hörmət edir», - deyə İ.Əliyev izah edib.

«Sabitliyin amili kimi Azərbaycanın rolu yalnız bizim regionumuzda deyil, həm də bütün dünyada qəbul edilir, bu, regional sabitliyə bizim töhfəmizdir», - Azərbaycan prezidenti vurğulayıb.