vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
20:00 | 19 fevral 2017 | Bazar Məqaləyə 967 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lavrova dedim ki, ...»

Senator Lindsi Qrem: «Rusiyanın dalından vuracağıq…»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem bu il ərzində Konqresin Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini vəd edib. Virtualaz.org xəbər verir ki, senator Qrem bu barədə Münhen təhlükəsizlik konfransında çıxışı zamanı deyib.

Senator Rusiyanın ABŞ-dan sonra Almaniya və Fransa seçkilərinə müdaxilə edəcəyi haqa xəbərdarlıq edərək bunları deyib: «Mən alman dostlarımıza deyirəm-növbədə sizsiniz. Fransadakı dostlarımız isə sizdən sonra gəlir. Mənim dostum cənab Lavrova isə demək istəyirəm ki, ümid edirəm siz və sizin rejiminiz nəhayət demokratik ölkələrin başına açdığınız oyunlara görə cavab verəcəksiniz. 2017-ci il Konqresdə Rusiyanın dalından zərbə alacağı il olacaq».

Senator Lindsi Qrem deyib ki, şəxsən o özü Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsinə səs verəcək və həmin qanun layihəsini prezident Trampın stolunun üstünə qoyacaq. «Azad dünyanın lideri kimi Donald Tramp Rusiyanı cəzalandırmaq üçün bizimlə işləməlidir», - senator bildirib.