vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:23 | 19 fevral 2017 | Bazar Məqaləyə 693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«NO!» filminə yasaq

Türkiyədə referendum ərəfəsində «Digiturk»dən ilginc qadağa

MÖVZU İLƏ ƏLAQƏLİ

«Digiturk» fevralın 5-dən Türkiyədə nümayiş etdirilən «No!» («Xeyr!») filmini qadağan edib.

«Sputnik» xəbər verir ki, Çilidə diktator Auqusto Pinochetin ölkədə referendum keçirmə prosesini və referendumda təşkilatlanan "Xeyr" kampaniyasından bəhs edən kinolent fevralın 16-dan nümayişdən çıxarılıb.

«Cümhuriyet» qəzetinin köşə yazarı Çiğdem Toker bununla bağlı yazısında qeyd edib: «Məncə iki seçənək var: ya ölkəni idarə edənlər, Qətər şirkətinin mülkü olan «Digitürk»ə «Nə etdiyinizi başa düşürsünüzmü?» deyərək filmin qadağan edilməsini xahiş (!) edib; ya da «Digiturk» böyük yayım qruplarının qanunlarından ilham alaraq, bu barədə düşünülmüş qərar çıxarıb».

Xatırladaq ki, aprel ayında Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı referendum keçiriləcək.