vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
10:53 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2400 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhkəmə daha bir bankı cəzalandırdı

Müştəri sirrini pozmaq 2000 manata başa gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə həftə əvvəl Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayevin qətnaməsinə əsasən «Unibank»ın Antikollektorun müdafiə etdiyi vətəndaşa vurduğu mənəvi zərərə görə 1000 manat ödəməli olduğu haqda məlumat vermişdim. Həmin qərar arzuladığımız kimi presedentə çevrilir! Belə ki, analoji Qətnaməni Nərimanov rayon məhkəməsinin hakimi Kəmalə Əmirxanova da qəbul edib. Özü də bu dəfə bank borcluya 2000 manat ödəməli olacaq.

VAXT.AZ xəbər verir ki, Vətəndaş avtomobil kreditini vaxtında ödəyə bilmədiyi üçün bank bu barədə onun iş yerinə məlumat verib və bununla da bank sirrini pozub. Məhkəmə hesab edib ki, nəticədə borclu vətəndaş mənəvi zərbə vurub. Məhz buna görə də bank vətəndaşa 2000 manat ödəməlidir.

Banklar tərəfindən haqqı, ləyaqəti, şərəfi tapdanan bütün vətəndaşları bir daha mübariz olmağa çağırıram. 

P.S. Vətəndaşın xahişi ilə məhkəmənin ədalətli qətnaməsini hər iki tərəfin adını göstərmədən dərc edirəm. Bu dəfə bu, «Unibank» deyil. Son vaxtlar vətəndaşlara divan tutması haqda bir neçə dəfə yazdığım başqa bankdır.