vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
12:56 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 868 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni şərqşünasın Suriya «təlaş»ı

«Türkiyə Amerika qoşunlarını Suriyaya niyə dəvət edib?»

Nikita QOLOBKOV, vz.ru

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə ABŞ-a Suriya ərazisində Amerika qoşunu yerləşdirməyi təklif edib. Amerika KİV-ləri əvvəllər Pentaqona istinadən oxşar niyyətlər haqda məlumat verib. Hər şeyə əsasən, Ankara və Vaşinqton Əl-Bab rayonunda kvazidövlət – birgə idarəçilik altında anklav yaratmaq istəyir. Bu, təkcə Dəməşq üçün deyil, həm də Moskva üçün ciddi təhlükə ehtiva edir.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bazar günü təhlükəsizlik üzrə Münhen konfransında bildirib ki, yerli təhlükəsizlik qüvvələrinə dəstək üçün Amerika tərəfinə Suriyaya məhdud qoşun kontingenti göndərmək təklifi verilib. Bu iki gün qabaq – ABŞ SQ baş qərargah rəisi general Cozef Danfordun Türkiyəyə səfəri zamanı baş verib.

Çavuşoğlu həmçinin bildirib ki, Türkiyə SQ və Azad Suriya Ordusunun «Fərat qalxanı» əməliyyatı «yerli birləşmələrin yerüstündə Suriya qüvvələrinə ciddi dəstək verən Türkiyə xüsusi təyinatlıları ilə əməkdaşlıq» nümunəsi kimi öz effektini göstərib. O, vəd edib ki, Əl-Bab tez bir zamanda götürüləcək, bundan sonra ABŞ koalisiyasının müttəfiqləri ilə birlikdə Rakkanın alınması üzrə birgə əməliyyat keçirmək olar.

Xatırladaq ki, Suriyanın BMT səfiri Bəşər Cəfəri cümə axşamı Türkiyədən  öz qoşunlarını Suriyadan təcili çıxartmağı tələb edib. O, qeyd edib: «Türkiyə Suriyada eyni zamanda alov yandırıb həm də yanğınsöndürən rolunu oynaya bilməz. Buna görə də Ankara öz qoşunlarını Suriya ərazisindən çıxartmalı və birinci Astana danışıqlarında SƏR suverenliyi haqda kommünikeyə sayğı göstərməlidir».

Şübhəlidir ki, Suriyada türk qoşunlarına hələ Amerika qoşunlarının da əlavə ediləcəyinə şad olacaqlar.

Səciyyəvidir ki, əvvəllər Amerika KİV-lərində şayiələr meydana çıxmışdı ki, ABŞ Suriyada hərbi iştirakını genişləndirməyə hazırlaşır. Xüsusən də söhbət gedirdi ki, Suriyaya adi silahlı qüvvələr göndəriləcək, lakin bu təklif hələlik Amerika administrasiyasına göndərilməyib.

Pentaqon təmsilçisinin bildirdiyi kimi, «ola bilsin, adi silahlı qüvvələrin (ABŞ) müəyyən müddətə Suriyaya necə çıxarılacağını görəcəksiniz». Hərbi idarə təmsilçisi əlavə edib: «Biz İŞİD-in məhv edilməsində strategiyanın öyrənilməsi üzrə 30 günlük prosesdəyik. Prezidentin tapşırdığı kimi, kampaniyanın sürətləndirilməsi üzrə bu çərçivədə bir sıra tədbirləri nəzərdən keçiririk, lakin hələlik heç bir qərar qəbul edilməyib». Qərarı Amerika dövlətinin başçısı Donald Tramp qəbul etməlidir.

ABŞ rəsmi Dəməşqin icazəsi olmadan 2014-cü ildən Suriyada İŞİD-in mövqelərinə zərbələr endirir. Ölkədə həmçinin Bəşər Əsədə müxalifətdə duran yerli güclərə yardım edən xüsusi təyinatlılar fəaliyyətdədir. Rəsmi məlumatlara görə, xüsusi təyinatlılar terrorçularla döyüşə girişmir.

Yeri gəlmişkən, ABŞ prezidenti Barak Obama elə həmin ilin sonunda ABŞ-ın böyük hərbi əməliyyatlar dövrünün başa çatdığını bildirib və Əfqanıstandan qayıtmış əsgərləri əmin edib: Amerika daha bu cür əməliyyatlarda yerüstü qoşunlardan istifadə etməyəcək. Lakin artıq 2016-cı ildə öz vədini pozub: koalisiya ABŞ-ın başçılığı ilə taktikasını dəyişmək və Suriya və İraqda İŞİD-lə mübarizə üçün quru qoşunları hərəkətə gətirməyi qət edib. Lakin Ağ Ev nizami qoşun bölmələrinin Suriyaya göndərişini təsdiq etməyib.

Yaxın Şərq və Mərkəzi Asiyanı araşdırma Mərkəzinin direktoru Semyon Baqdasarov ehtimal edir ki, Amerika qoşunlarının məhdud kontingentinin Suriyaya daxil edilməsi haqda Çavuşoğlunun səsləndirdiyi təklif Donald Trampla Rəcəb Tayib Ərdoğan arasında bu yaxınlardakı telefon danışığında əldə edilmiş hansısa bir razılaşmanın nəticəsidir. Ekspert «Vzqlyad» qəzetinə bildirib: «Orada Suriyada birgə fəaliyyət müzakirə olunub. Yada salaq ki, türk qoşunlarının Əl-Bab şəhərinə hücumu dəyişkən uğurla gedir – bir neçə dəfə məlumat və bəyanat yayılıb ki, Ankaraya tabe müxalif qüvvələr türk qoşunları ilə birlikdə şəhər üzərində tam nəzarət təşkil edib, lakin sonradan məlum olub ki, terrorçular onları geri atıblar. Başlıcası isə, görünür, Türkiyə və ABŞ Rakkanın götürülməsi üzrə birgə əməliyyat haqda razlılaşıb».

Şərqşünas həmçinin MKİ direktoru Mayk Pompeonun Ankaraya bu yaxınlardakı səfərini yada salıb: «Görünür, Türkiyə baş naziri Binəli Yıldırımla Gülənin təhvil verilməsi haqda danışıqların  gedişində Suriyanın şimalında Amerika qoşunları haqda məsələ də müzakirə olunub».

Təhlükə var ki, gələcəkdə Suriyada necəsə bir Türkiyə-Amerika zonası formalaşacaq və bunun yaradılmasına Körfəz ölkələri, xüsusən də Ankaraya ya maliyyə, ya da hərbi yardım göstərəcək Səudiyyə Ərəbistanı da qatılacaq. Baqdasarov hesab edir: «Perspektivdə Suriyanın şimalında Türkiyə-Amerika-Səudiyyə protektoratı altında saxta dövlət yaradılacaq və Ankara və ona tabe müxalifətin baxışları nəzərə alınmaqla orada ancaq ərəblər və türkmənlər yaşayacaq, amma, bax, kürdlər, assuriyalılar və xristinların necə olacağı məlum deyil».

Şərqşünasın fikrincə, problem həm də bundan ibarətdir ki, Suriyada bundan sonra hadisələrin necə dönüşəcəyini Rusiya həmişə dəqiq hesablaya bilməz. Lakin Suriyanın şimalında idarə olunan anklav yaratmaq üzrə birgə Türkiyə-Amerika planlarına xəbərdarlıq etmək indi hələ də gec deyil.

Baqdasarov hesab edir ki, birincisi, hökumət qoşunları türklərin Rakkaya yolunu kəsmək üçün Suriyanın şimalında hücumlarını sürətləndirməlidir. Şərqşünas düşünür ki, «Bundan savayı, Bəşər Əsəd Suriya Demokratik Birliyinin lideri Salih Müslümün simasında Suriya kürdlərinə mədəni deyil, gerçək muxtariyyət təklif etməlidir».

Ekspertin fikrincə, nəhayət, türkləri ultimatum qarşısında qoymaq lazımdır: onlar Rakka tərəfə hərəkət etsələr, Moskvanın narazılığı və Əsəd qoşunlarının birləşmiş qüvvələri və Suriya dəstələrinin müqaviməti ilə üzləşəcəklər. O, xülasə edir: «Əks halda köhnə müttəfiqləri itirəcək və yenilərini qazanmayacağıq».