vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
17:55 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2366 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident hansı referendumu mümkün sayır?

Qondarma qurumun saxtakarlığını müşahidə etməyə nümayəndə göndərən ölkələrə nota göndərilməlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev fevralın 18-i Münhendə BMT-nin baş katibi Antonio Quterreşlə Qarabağ müzakirəsi aparıb. Baş katibin münaqişənin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə bağlı sualına dövlət başçısı belə cavab verib: «Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür».

Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsinin mümkünlüyünə dair açıqlamanı necə qiymətləndirmək olar? Münaqişənin çözümündə referendum variantı nələr vəd edir?

«Atlas» Araşdırmaları Mərkəzinin politoloq Elxan Şahinoğlu, Dağlıq Qarabağda «referenduma» start verilməsini şərh edərəkən VAXT.AZ-a bildirib ki, «hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bu günə xüsusi hazırlaşmalı idilər. bu «Referendumla» bağlı hərəsinin öz missiyası olmalı idi. Gün hələ yeni başladığından axşama qədər nələrin baş verəcəyini söyləmək çətindir. Bu separatçılar üçün elə bir gün olmalıdır ki, Xankəndi hava limanının təmirindən sonra «uçuşlara başlayaq, yoxsa başlamayaq» qədər düşündürücü suala çevrilməlidir».

Politoloqun fikrincə, Azərbaycan XİN isə artıq qollarını çırmalayıb işə başlamalıdır: «Məsələ burasındadır ki, separatçıların yaydıqları xəbərə görə Dağlıq Qarabağdakı «referendumu» Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta Avropa Parlamentindən 100-ə yaxın müşahidəçi izləyir. Əlbəttə istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu «referenduma» müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilib, adı keçən hər bir ölkəyə nota göndərilməlidir. Bu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir».

Qeyd edək ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və onun həndəvərindəki 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün bu təklifləri irəli sürür: Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatını nəzərdə tutan aralıq statusun verilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə (referendumla) yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı.

2016-cı ilin oktyabrında dövlət başçısı İlham Əliyev Rusiyanın «Sputnik» Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində deyib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis mümkündür: «Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər».