vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
13:18 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda xalq ayağa qalxdı

SEPAH ilə əhali arasında toqquşma, ölən var

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Xuzistan əyalətində xalq ayağa qalxıb. Ölkə.az xəbər verir ki, qum fırtınasından sonra elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Xalq meydanlara axışıb. Rəsmi Tehran bölgədə interneti qadağan edib və İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) əsgərləri xalqa müdaxilə edib. Bu isə toqquşmaya səbəb olub.

Qum fırtınası səbəbindən ərazidə maska taxmadan küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. Ağ ciyər çatışmazlığı və nəfəsalma probleminə görə bir çox sakin xəstəxanalara yerləşdirilib. 11 rayonda məktəblər və rəsmi dövlət idarələri tətilə buraxılıb.

Fars-molla rejimini qorumaq üçün xalqa sərt müdaxilə etmək istəyən İnqilab Keşikçiləri (SEPAH) toplaşan qrupu dağıtmaq istəsə də, yerli sakinlər tərəfindən döyülüb. Toqquşma zamanı bir nəfər nümayişçi həlak olub.