vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
20:01 | 22 fevral 2017 | Çərşənbə Məqaləyə 1372 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci vitse-prezident - birinci xanım

Mehriban Əliyevaya hansı səlahiyyətlər verildi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun rəhbəri, deputat Mehriban Əliyeva 1-ci vitse prezident təyin olunub.

VAXT.AZ bildirir ki, bu təyinat ötən ilin sentyabrın 26-da keçirilmiş referendumdan sonra mümkün olub.

Səsverməyə çıxarılmış Referendum Aktında vitse-prezidentlik təsisatı öz əksini tapmışdı.

Bəs vitse-prezidentlik postu özündə nəyi ehtiva edir?

Azərbaycan Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə, 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri keçirilir. Bu halda yeni prezident seçilənədək, Azərbaycan Respublikasının prezident səlahiyyətlərini 1-ci vitse-prezident icra edir. Bu müddət ərzində 1-ci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, Azərbaycan Respublikasının vitse-prezidenti 1-ci vitse-prezident statusu almış olur və Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edir.

Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.

Qanuna Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı adlı yeni maddə əlavə olunub:

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı haqqında əlavə olunmuş maddədə deyilir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.