vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
21:32 | 22 fevral 2017 | Çərşənbə Məqaləyə 1264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Antirusiya koalisiyasına salam

Trampın geri addım atmaqdan başqa çarəsi qalmayıb

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Tramp Rusiya səfiri ilə telefon danışıqlarına görə istefaya göndərilən general Maykl Flinnin yerinə milli təhlükəsizlik üzrə müşavir vəzifəsi üçün maraqlı seçim edib.

Bu vəzifəyə Rusiya ilə savaş modeli üzərində nəzəri çalışmanın müəllifi, nüfuzlu hərbi strateq, hazırda orduda xidmətini davam etdirən general-leytenant Herbert Makmaster təyin olunub.

General Makmaster 1-ci Körfəz müharibəsinin iştirakçısıdır. 1991-ci ildə «Səhrada fırtına» əməliyyatı zamanı onun dəstəsi Səddamın elit Respublika Qvardiyasının sayca üstün qruplaşmasını məğlub edib. İraq tərəfinin 80-ə yaxın tankının sıradan çıxarıldığı bu döyüşdən sonra H.Makmaster şəxsi şücaətə görə «Gümüş Ulduz»la («Silver Star») təltif olunub. O, 2014-cü ildə «Time» jurnalı tərəfindən dünyanın 100 ən güclü adamı sırasında göstərilib.

H.Makmaster Ukraynadakı hadisələrdən sonra Rusiyaya xüsusi diqqət ayırmağa başlayıb. O, Rusiyanın Ukraynaya hərbi müdaxilə zamanı istifadə etdiyi hibrid müharibə taktikasını araşdırıb və bu nəticəyə gəlib ki, ABŞ ordusunu Rusiya ilə mümkün qarşıdurmaya hazırlamaq üçün təcili addımlar atılmalıdır, çünki ordu buna hazır deyil. Generala yaxın şəxslərdən biri, hərbi tədqiqatçı Filipp Karber bu məqsədlə Ukraynaya yollanaraq bilavasitə Donbasdakı hərbi əməliyyatlar zonasında araşdırma aparıb və qayıtdıqdan sonra Rusiyanın yeni müharibə taktikası barədə hesabat təqdim edib. Makmaster bildirir ki, müasir müharibələr təkcə döyüş meydanındakı fiziki qarşıdurmadan ibarət deyil, Rusiya siyasi təxribatlardan da geniş istifadə edir, rusdilli azlıqları müdafiə bəhanəsindən yararlanır və s... General Rusiyanın hibrid müharibə üsuluna qarşı «ön xətdə qarşılama» taktikasını təklif edib. Bu taktika elə ilk anlardaca düşmənə sarsıdıcı zərbə endirərək onu sonrakı addımlardan çəkindirməyi nəzərdə tutur.

Makmaster həm də müstəqil mövqeyi ilə tanınır və hərbçilərin yeri gəldikdə siyasətçilərə etiraz edə bilməsini zəruri sayır. (Trampla qarşılıqlı münasibətlərinin necə qurulacağı bu baxımdan maraqlıdır.) Onun fikrincə, Vyetnam savaşında məhz siyasətçilər hərbçiləri avantüraya sürükləyib.

Yeni təyinatı ABŞ daxili siyasəti prizmasından da qiymətləndirmək lazımdır. Tramp hazırda sistemlə qarşıdurma vəziyyətindədir və Konqresdə həm demokratlar, həm də öz respublikaçılardan ibarət güclü liberal-konservativ müxalifətlə üz-üzə qalıb. Bu mübarizədən Trampın sağ çıxması mümkün deyil, onun geri addım atmaqdan başqa yolu yoxdur. Makmasteri bu mühüm vəzifəyə gətirməklə Tramp sistemlə arasındakı konflikti yumşaltmağa çalışıb və Konqresdəki antirusiya koalisiyasına salam göndərmiş olub.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)