General-nazir döyüşə komandanlıq edib
Zakir Həsənov dünən gecə Talış kəndi istiqamətində hərbi əməliyyatı Lələ təpədən izləyib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
Generalın onu “nişan alan” ermənilərə sillə cavabı
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
-
“Müharibəyə hazırlaşın”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
“Biz strateji yüksəklikləri əldə etmişik”
İlham Əliyev: “Ermənistan ordusu haqqındakı mifi darmadağın etdik”
-
“Biz güclü orduya nail olmuşuq”
İlham Əliyev: “Müharibənin yalnız birinci mərhələsi başa çatıb”
-
Prezidentin mesajı kifayət qədər aydındır
Azərbaycan dosta güvən, düşmənə gözdağı verdi
-
Bir əsrlik ordu
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi qeyd olunur
-
“Sahibsiz torpaq yoxdur”
Zakir Həsənov: “Laçına gedən yol artıq ordumuzun nəzarətindədir”
-
“Ona insan deməzdim...”
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...
Azərbaycan Müdafiə Nazirliyi nazir Zakir Həsənovun və Baş qərargah rəisi Nəcməddn Sadıqovun təmas xəttində sürətlə artan eskalasiya ilə bağlı olaraq cəbhə bölgəsinə ötən gün başlayan səfəri ilə bağlı yeni məlumat yayıb.
VAXT.AZ nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, məlumata əsasən Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonaya davam edən səfəri zamanı əsas diqqət Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində təxribat törətmək cəhdlərinin qarşısının qoşunlarımız tərəfindən qətiyyətlə alınması üzrə tədbirlərin görülməsinə yönəldilib.
«Gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib.
Talış kəndini, ətraf əraziləri nəzarətdə saxlayan mövqelərdə, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yerləşən bölmələrdə olan nazirliyin rəhbərliyi düşmənin ön xətt mövqelərini müşahidə edib», - məlumatda bildirilir.
Nazirlik onu da bildirir ki, işğaldan azad edilmiş ərazilərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. Ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdikdən sonra nazirliyin rəhbər heyəti süfrə arxasında əsgərlərlə söhbət edib.