vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ANALİZ  
22:00 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 2174 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Evdən Reyqan bəyanatları...

... Senatda isə Makkartini xatırladan araşdırmalar

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO-nun Hərbi Komitəsi Gürcüstana toplaşıb. Dünən Avropa Birliyinin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi barədə yekun qərarının ardınca bu gün NATO Hərbi Komitəsinin üzvlərinin Gürcüstana səfəri başlayıb. NATO-nun ali hərbi orqanının Tiflisdə toplantı keçirməsi çox önəmli hadisədir.

Gürcüstanın Qərbə inteqrasiyası prosesində sürətlənmə göz önündədir. Bunun əsas səbəbi Rusiya-Qərb münasibətlərində yaranmış böhranın sonu görünməyən mərhələyə daxil olması ilə bağlıdır.

ABŞ-da Rusiya əleyhdarlığı az qala hər gün, hər saat şiddətlənir. Hazırda Vaşinqtonda hökm sürən ab-hava «soyuq müharibə» dövründən çox az fərqlənir. Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və seçki öncəsində Trampın bəzi komanda üzvləri ilə şübhəli əlaqələr qurması Konqresdə olduqca aqressiv atmosferin yaranmasına səbəb olub. Sanksiyaların ləğvi ehtimalı tamamilə gündəmdən çıxıb, Reyqan zamanının xatırladan bəyanatlar səslənir, Senat və Nümayəndələr Palatasının komitələrində Makkarti dönəmini xatırladan araşdırmalar gedir.

Avropa isə gec də olsa, anlayıb ki, öz içərisindəki populist-faşist cərəyanlar artıq alternativ siyasi xətt olma məsumluğundan çıxaraq 5-ci kolon rolunu oynamağa və ənənəvi institutları, liberal-demokratik düzəni real şəkildə sarsıtmağa başlayıb. Fransada prezident seçkiləri öncəsi Rusiyaya yaxın namizədlərin «vurulması» mühüm gəlişmədir.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Qərb Moskvanın israrının əksinə olaraq, postsovet məkanını Rusiyanın nüfuz dairəsi kimi tanımayacaq. Bu, Gürcüstan, eləcə də Ukrayna üçün şansdır.

Gürcüstan yaranmış əlverişli geosiyasi durumdan yararlanmağa çalışır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)