vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜƏLLİF  
15:01 | 14 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 2400 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üstüörtülü hay-küy

Gurultulu təbliğata inanmaqdan əvvəl səssiz rəqəmlərə və realda nə baş verdiyinə nəzər salmaq lazımdır

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Deyir, Ərdoğan Hollandiya ilə «gəmiləri yaktı», yəni geri dönülməz yola girdi (referenduma qədər təbii ki), amma Binəli İldırım gəmiləri yandırmır, çünki oğlunun Hollandiyada gəmiçilik şirkəti var. (Ümumilikdə İldırım ailəsinin 17 gəmiçilik şirkəti və 30 gəmisi olduğu bildirilir.)

Bunlar qısamüddətli, dar siyasi maraqları üçün arada guruldayırlar, amma real addımlar gəlmir, çünki öz alverləri də zərər çəkəcək. Guya Hollandiyaya ağır sanksiyalar tətbiq edəcəkdilər, sanksiyalar bundan ibarət oldu ki, Hollandiya səfiri bir müddət Ankaraya gəlməyəcək və diplomatik uçuşlar dayandırılacaq.

Məşhur «One minute» və «Mavi Marmara» qalmaqalları yəqin yadınızdadır. İsraili 1 saylı düşmən elan etmişdilər, sonradan məlum oldu ki, sən demə, siyasi əlaqələrin pisləşdiyi dönəmdə Türkiyə-İsrail ticarət dövriyyəsinin həcmi 4 dəfə artıbmış. (Siyasi böhranın necə çözüldüyü də bəllidir, guya məlum şəxs İsrail embarqosunu yarıb, Qəzzaya-filan gedəcəkdi.)

Ümumiyyətlə, avtoritar rejimlər üçün xarici düşmən obrazı hər zaman gərəkli olur. Xalqı mövcud ölkədaxili problemlərdən yayındırmaq üçün onun diqqətini xarici düşmənə yönəltmək sınanmış üsuldur. Ərdoğan gördü ki, referendumda «yox» deməyə hazırlaşanlar «hə» deyənlərdən çoxdur, Avropa ilə süni kriz yaratdı ki, əsasən milliyyətçilərdən ibarət tərəddüd edən kütləni «Vətən, Millət, Sakarya» təbliğatı ilə «evet»ə yönləndirsin. Olay bundan ibarətdir.

"Hollandiya Türkiyə ilə düşmənçilik aparır, Türkiyəni dağıtmağa çalışır" ədəbiyyatını soyuq və quru rəqəmlər boşa çıxarır. Türkiyəyə düşmən olan dövlət niyə ona 22 milyard dollar birbaşa investisiya yatırsın. Üstəlik, bir neçə gün əvvəl Türkiyənin ən iri yanacaq şirkətlərindən olan «Petrolofisi» hollandlara satıldı. «Tak çto», gurultulu təbliğata inanmaqdan əvvəl səssiz rəqəmlərə və realda nə baş verdiyinə nəzər salmaq pis olmaz.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)