vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
19:15 | 22 mart 2017 | Çərşənbə Məqaləyə 2756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hotellər menecmentlik qanunlarına məhəl qoymur

Azərbaycana gələn iranlı turistlərin sayı ildən-ilə artır

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər il olduğu kimi bu il də Novuz bayramında Azərbaycana onminlərə iranlı turist səfər edir. Modern.az xəbər verir ki, iranlı turitlərin çoxluğu təkcə, Bakıda deyil. Həmçinin, bölgələrdə, xüsusən, Şəki, Qəbələ və Qusarda hiss olunur.

Mədəniyyət və Turzm Nazirliyi martda Azərbaycana səfər edən turistlərin sayı barədə rəsmi məlumatı hələ açıqlamasa da, ötən illərin statistikası iranlı turistlərin sayının ildən-ilə artıdğını göstərir. 2000-ci illərin əvvəllərinə qədər ölkmizə 10 min civarında iranlı turist gəlirdisə, 2010-cu ildən başlayaraq cənub qonşumuzdan turist axını sürətlənməyə başladı. 2012-2013-cü illərdə Qərb sanksiyaları və İran rialının ucuzlaşması turist sayına mənfi təsir göstərsə də, 2014-cü ildən başlayaraq bu sahədə yeni canlanma baş verib. İrandan Azərbaycana hər il 100 mindən artıq turist gəlir ki, onların da önəmli hissəsi məhz Novruzda ölkəmizə təşrif buyurur.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında deyib ki, əcnəbi turistlərin çoxu İran vətəndaşlarıdır.

«Bu il İrandan gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bunun bir səbəbi Tehranla Bakı arasında aviareyslərin açılmasıdır. Digər səbəb isə iranlı turistlərin Novruz bayramı ilə əlaqədar Azərbaycana gəlməyə can atmasıdır. İranlı turistlər biletlərin çoxunu Bakıya alıblar. Təbii ki, bölgələrə də getmək istəyənlər var. Elələri var ki, az müddətə, elələri də var ki, çox müddətə Azərbaycana səfər edir. Çox müddətə gələn turistlər bölgələrə də səfər edəcəklər.

Artıq iranlı turistlər otellərlə bağlı seçim də ediblər. Yerlər dolub. Adətən iranlı turistlər ailəvi şəkildə Azərbaycana gəlirlər. Bu il də istisna deyil».

Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycanı seçən turistlərin sonrakı sıralamasında rusiyalılar və ərəblər gəlir. 

«Novruz bayramı tədbirlərinin ən rəngarəngi Bakıda keçirildiyindən turistlərin əksəriyyəti Bakını seçib. Hotelləri seçən turistlərin qiymətlərlə bağlı narahatlığı da yoxdur. Sadəcə, bir məqam var ki, bayram günləri hotellər düzgün qiymət sərgiləmir. Menecmentliyin qanunlarından kənara çıxararaq, bayram günləri qiymətləri qaldırırlar. Bu da düzgün deyil. Azərbaycanın imicinə xələl gətirməklə yanaşı, turistlərin bölgə ilə bağlı planlarını pozurlar».

Mədəniyytə və Turizm Nazirliyi 2016-cı ildə ölkəyə gələn iranlı turistlərin sayının 66 faiz artdığını məlumat verib. 2017-ci ildə bu göstərcinin daha da artacağı gözlənilir.