vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
22:51 | 22 mart 2017 | Çərşənbə Məqaləyə 2753 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«WhatsApp»da 4 yeni funksiya

Qaranlıqda video çəkmək üçün gecə görünüşü olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«WhatsApp»ın bir müddətdir beta testlərində istifadə etdiyi yeni funksiyaları artıq hərkəs üçün aktiv edildi.

«WhatsApp»ın bir müddətdir yeniliklər etməyə davam etdiyini görürük. Əsasən də hekayələr xüsusiyyəti ilə tənqid alan və bunu əlavə edərkən yazılı status funksiyasını ləğv edən «WhatsApp», həddindən artıq tənqid almışdı. Keçdiyimiz günlərdə «Haqqında» bölməsində bu yeniliyi geri qaytaran şirkət, dünən axşam təqdim etdiyi yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni xüsusiyyət təqdim edir.

İlk olaraq «Haqqında» bölməsinə əlavə edilən və profildə görülə bilən yazılı status seçimini geri gətirən «WhatsApp», həmçinin paylaşılan videolarda stream xüsusiyyətini gətirərək yükləmədən izləyə bilmə şansı da təqdim edir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də mövcuddur.

Bundan başqa «iPhone»dakı «3D Touch»a dəstək gətirən «WhatsApp», bu xüsusiyyət ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdıracaqkən, qaranlıq mühitlərdə şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi.

Qısa müddətdə bütün istifadəçilərə çatacaq olan xüsusiyyətlər ilə «WhatsApp» funksionallığı bir az daha artarkən bir mesajlaşma tətbiqinin nə qədər inkişaf edə biləcəyini də görürük.