vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
13:48 | 24 mart 2017 | Cümə Məqaləyə 2402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şahdəniz»də problem yaranıb?

«Azərbaycandan gələn qaz kəsildi, Rusiyadan aldıq...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın energetika nazirinin müavini mart ayının əvvəllərində Azərbaycanın «Şahdəniz» qaz yatağında problem yarandığını və nəticədə Gürcüstana Azərbaycan qazının təchizatının dayandırıldığını açıqlayıb. Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, nazir müavini Mariam Valişvili problemin nədən ibarət olduğu haqda danımayıb, ancaq Azərbaycandan qaz təchizatının dayandırılmasına görə Rusiyadan qaz aldıqlarını deyib.

«Ayın əvvəllərində «Şahdəniz» yatağında problemlər oldu və bizdə Azərbaycan ərazisindən qaz təchizatı iki-üç gün ərzində praktiki olaraq məhdudlaşdı. Əlbətdə, biz bu halda istehlakçıların qaz təchizatını məhdudlaşdıra bilməzdik və «Qazprom»la əvvəldən bağladığımız müqavilə çərçivəsində nəzərdə tutulan və konkret şərtlərdə istifadə olunmağa hesablanan qaz həcmindən istifadə etdik», - Valişvili bildirib.

Nazir müavini bildirib ki, martın əvvəllərində Rusiyadan alınan əlavə qaz həcmindən başqa Gürcüstan yanvar-fevral aylarında «Qazprom eksport»dan 100 milyon kubmetr qaz alıb.

Xatırladaq ki, Azərbaycanda son vaxtlar əhalinin qazla təchizatında tez-tes fasilələr yaranıb, yaxud mənzillərə verilən qazın təzyiqi kəskin aşağı düşüb. «Azəriqaz» bunu hansısa təmir işləri, şəbəkənin yenilənməsi və ya qəzalarla əsaslandırıb. «Şahdəniz»də problem yarandığı barədə isə Azərbaycan rəsmilərinin hansısa açıqlamasına rast gəlinməmişdi.